49
Mərhum Hacı Fərhad Mirzeyi özünün “Səfərnamə” kitabında Nizami qəbri və onun
üzərindəki kiçik kümbəzdən bəhs edir. O, yazır ki, kiçik kümbəz və qəbr şəhərin 7
verstliyində çox dağnıq şəkildədir. Əsərin 20-ci səhifəsində müəllif yazır ki, rus
qarovullar ora atlara verilmək üçün saman tökmüşdülər və heç kəsi də yaxına
buraxmırdılar.
Lakin buna dözə bilməyən Gəncəlilər yığışıb şairin məzarının
yerini dəyişməyə və
adına layiq bir məzar tikmək istəmişlər. Mərhum ağaye Seyyid Əbdülrəhim Xalxali
“Yeni fikir” qəzetindəki Tiflisdə dərc edilirdi. 1304-cü il hicri-şəmsi tarixində bir
tərcümə edib onu “Ərməğan” jurnalında dərc etdirmişdir. Bu tərcümə miladi tarixi 25
noyabr 1923-cü ilə təsadüf edir. “Ərməğan” jurnalı 256-257-ci nömrələrdə çap
edilmişdir. Bu barədə aşağıdakı bilgiləri əldə etmək olar:
Əgər siz Bakıdan Gəncəyə müsafirlik etsəniz,
görərsiniz ki, Gəncə çayı bu şəhəri
iki hissəyə bölür. Körpünün sol tərəfində dəmiryol xəttinin sol tərəfində xərabəlikdə
böyük şair Nizaminin məqbərəsi mövcuddur. Həmən şeyx Nizaminin ki, İranın ən
böyük şairi və Azərbaycanın iftixarıdır.
“Qafqaz”.
Bu, o Nizamidir ki, 800 il bundan əvvəl hikmət və əxlaqı öz xəmsəsində yazmış,
İslam qadını haqqında,
onun hüququ barədə, həyat tərzi haqqında qələm işə salıb, onu
məharətlə açmağa müvəffəq olmuşdur.
Şərq ədəbiyyatında Nizamidən əvvəl və sonra qadın azadlığı, onun analıq qayğısı
və məğrurluğunu heç kəs göstərə bilməmişdir.
Tarixi sənədlər onu göstərir ki, Gəncə XI əsrdə artıq abad bir şəhər olmuşdur.
Indiki Gəncə şəhərinin əsasını 1015-ci ildə Şah Abbas Səfəvi qoymuşdur. Nizami
məqbərəsi şəhər kənarındakı xarabalıqda qalmışdır. Əlbətdə Gəncənin qeyrətli oğulları
bununla barışa bilməzdilər ki, dünyalarca tanınmış şair, həkim, şeyx Nizaminin məzarı
bərbad halda qalsın.
50
Gəncə ziyalıları, o cümlədən Adıgözəl adlı bir Gəncə sakini
Nizami məqbərəsi və
kümbəzi təmir edir. Onun övladlarından biri Əsgər Adıgözəlov Gəncənin sabiq
bələdiyyəsi bu işi davam etdirir.
Nəhayət 1922-ci ildə Mirzə Məhəmməd Axundzadə tərəfindən Nizami məqbərəsini
təmir etmək üçün xüsusi bir komissiya yaradılır. Buraya Gəncə ziyalılarından Cavadbəy
Rəfibəyov, Mir Kazım Mir Süleymanzadə kimi adlı-sanlı adamlar daxil idi.
Onlar Şah Abbas məscidi ətrafında məqbərəni hazırlayandan
sonra Nizaminin
sümükləri köhnə qəbirdən müəmmalı şəkildə yoxa çıxır. Sonralar məlum olur ki, guya
ruslar onu ekspertizaya aparmışlar. Beləcə şairin məqbərəsi başı bəlalı qalır.
Nizaminin özünün dediyi kimi:
Sərxoşluq edən dövlət huşyar olacaq bir gün,
İllərcə yatan bəxtin bidar olacaq bir gün. (87-326)
Doğrudan da bir gün gəldi ki, o da şairin 800 illiyinə təsadüf etdi
onun sovet
dönəmində olsa belə məzarı yenidən qurulub mücəssəməsi ucaldı.
Sevindirici haldır ki, Nizaminin dünya şöhrəti nəzərə alınaraq Azərbaycan xalqının
müstəqillik əldə etdikdən sonra dahi şairin məzarı yenidən bərpa olundu. Lakin hələ
bizim fikrimizcə Nizami barədə çox işlər görülməlidir. Onun məktəbi yaradılmalı
ensklopediyası hazırlanmalıdır.
Böyük İran alimi V.Dəstgerdinin yazdıqları ilə razılaşmamaq olmur.
Həqiqətən də Nizaminin həyatı haqqında bilgilər çox azdır. Ümumiyyətlə klassik
şairlərin hamısı barədə bunu demək olar. Ancaq doğruluq bundan ibarətdir ki, Nizami
Gəncədə doğulub, burada yaşayıb-aradıb, oradan kənara çıxmayıb
və orada da dəfn
edilmişdir.