56
Avropa alimlərini qabaqlamaq üçün səy göstərib ciddi cəhd edib qabağa getmək
istəmişlər. Nizami irsi XVIII əsrin sonu XIX əsrin əvvəllərində tədqiqatçıların nəzərini
çəkmişdir. Lakin bu araşdırmalar bəzən dolambaclığa gətirib çıxarmışdır.
Səid Nəfisi bütün bunları nəzərə alaraq şairin öz yazdıqlarına isnad etməyi üstün
tutmuşdur.
Qeyd etdiyimiz kimi “Ərmağan” jurnalı Nizamişünaslıqda istisna rol oynamışdır.
Burada
çap olunan Nizami
2
haqqındakı fikirlər marağa səbəb olmuşdur.
Səid Nəfisi Tehran Universitetinin professoru olması, Avropa şərqşünasları ilə
tanışlığı və bir neçə dəfə sovet ittifaqına gəlib buradakı alimlərlə tanışlığı və fikir
mübadiləsi aparması çox mətləblərdən xəbər verir. Nizami lirikasının öyrənilməsində
Səid müəllimin böyük əməyi vardır. 1335(1956) ildə onu çap etdirmiş ki, bu da üç
əlyazmasından ibarətdir. Daha sonra Nəfisi 1339(1960) ildə Nizaminin divanını
mükəmməl bir şəkildə nəşr etdirir.
Əlbətdə, Səid Nəfisinin böyük zəhmət və əziyyəti qiymətləndirilməlidir. Lakin
onun da çatışmayan tərəfləri vardır. Nizamişünaslıqda onun çalışması təqdirə layiqdir.
Ancaq bəzi məqamlarda onun fars olması özünü göstərmişdir. Sovet şərqşünasları onu
tənqid də etmişlər.
Ancaq bir həqiqəti vurğulayaq ki, Səid Nəfisiyə qədər Nizamini bu qədər dərindən
araşdıran olmamışdır. Bunun üçün o, 38 mənbədən istifadə etmişdir.
Qeyd etmək yerinə
düşər ki, bu mənbələrin çoxu elm aləminə məlum deyildi.
Digər tərəfdən Nizami poeziyası müəllif tərəfindən olduğu kimi deyil, Səid
Nəfisinin təşəbbüsü ilə Avropa və rus oxucusuna daha izahlı şəkildə verilmişdir.
Divanda Nəfisi tərəfindən 16 qəsidə, 192 qəzəl, 5 qitə 14 və 68 rübai verilmişdir.
V.Dəstgerdi ilə müqayisədə S.Nəfisidə 4 qəsidə, 51 qəzəl və 16 rübai çoxdur.
Digər tərəfdən Səid Nəfisidə bəzi yazıların təkrarı, yaxud onların müxtəlif
variantlarda verilməsi çaşdırıcı xarakter daşıyır. Mətinşünaslıq baxımından çətinlik
yaradır.
2
S.Nəfisi, Nizaminin qəsidə və qəzəllər divanı, onun şərhi, Tehran, 1338.
57
Bununla belə Səid Nəfisinin Nizami poeziyası və nümunəsi onun xəmsəsi, həyatı,
dövrü, yaradıcılığı haqqındakı dəyərli işi yüksək qiymətləndirilməlidir.
Nizami irsinin öyrənilməsində və tədqiqində görkəmli İran alimi Vəhid
Dəstgerdinin çox böyük zəhməti və rolu vardır. Onun 1318-ci ildə “Ərməğan”
jurnalında çap etdiriyi “Gəncənin xəzinəsi” və ya “Həkim
Nizami Gəncəvinin yeddinci
dəftəri” adlı elmi məqaləsi çox mətləblərdən xəbər verir. Müəllifin qənaətinə görə
Nizaminin xəmsəsinə daxil olan beş dastandan başqa onun şeirlər divanı mövcud olmuş,
lakin bu divan bizim əlimizə tam gəlib çıxmasa da, onun bəzi nüsxələrini dünyanın
müxtəlif kitablarında saxlanılmaqdadır. Bunlardan Berlin, Oksvord, Rampur, Kələküttə,
Hindistan və sairlərin nüsxə əksləri Vəhid Dəstgerdi tərəfindən götürülmüşdür. Burada
şairin qəsidə, qəzəl, rübailəri yer almışdır. Bir nüsxə isə Təbrizdə saxlanılmaqdadır.
Kiçik bir hissəsi isə Hacı Məhəmməd Ağa Naxçıvanidən yadigar qalmışdır.
Buna əlavə olaraq professor Ripka köhnə İstanbul nüsxəsinin əksini çəkib
“Ərməğan”a göndərmiş və çap etdirmişdir. Dünyanın müxtəlif kitabxanalarında
toplanmış Nizami divanının şeir hissələri onu göstərir ki, Nizaminin həqiqətdə divanı
olmuş, ancaq bu divan tam şəkilə bizə gəlib çıxmamışdır.
Nizaminin xəmsəsinə nəzər
salanda görürsən ki, o, bir fövqəltəbii şairdir. Dünya ədəbiyyat tarixinə nəzər saldıqda
doğurdan da görürsən ki, Nizami kimi ikinci bir şair yoxdur. Bi fikirlər də Vəhid
Dəstgerdiyə aiddir. Ilk dəfə V.Dəstgerdi Nizami əsərlərinin mükəmməl mətnini
hazırlamış və 1939-cu ildə şairin lirik şeirlərini toplayıb çap etdirmişdir. Müəllif, Nizami
divanının 8 nüsxəsini əldə etmişdir. Bu hadisədən sonra şairlər Nizami lirikasından daha
cəsarətli danışmağa başlamışlar. V.Dəstgerdi kəşfindən sonra onlarca məqalə yazılıb
Nizami lirikasından bəhs edilmişdir.
Səid Nəfisi də bu işi davam etdirərək Nizami şeiriyyatından bəhs etmişdir. Bu
işlərin davamı kimi Avropa və Rus şərqşünasları da Nizamiyə olan maraq dairələrini
genişləndirmiş, tədqiqatlarını davam etdirmişlər. Nəticədə Nizami daha
geniş alanda
özünə yer almışdır.
58
Onu da qeyd etmək yerinə düşər ki, Nizami divanındakı şeirlərin bir hissəsi
Dostları ilə paylaş: