“İskəndərnamə” Bu poema iki hissədən ibarətdir:
1.
Şərəfnamə ki, 6800 beytdir;
2.
İqbalnamədir ki, 3700 beytdir.
Bəzən buna «Xerədnamə», «Ağılnamə» və ya «Nəsihətnamə» də deyirlər.
Bu əsər mütəqarib bəhrində yazılmışdır, Nüsrətəldin Əbubəkir İbn Məhəmməd İbn
Eldəgizə ithaf olunmuşdur.
Qeyd edək ki, heç kəs Nizamiyə qədər bu haqda yazmamışdır.
Nizami Şərəfnaməni 50 yaşında hicri tarixi ilə 576, 577, 578-ci illərdə tamamlayır
və Nüsrəddin şahın taxta çıxması münasibətilə ona təqdim edir.
Şairin «İskəndərnamə» mənzuməsinin proloqunda yazdığına görə bu əsər onunun
sonuncu poeması və ən fəlsəfi fikirlərin təcəssümüdür.
129
Nizami İqbalnaməni Məlik İzzələdin Məsudin Arslan Səlimqiyə həsr etmiş və
yaşının 63 il yarımında vəfat etmişdir.