24
Sadaladığımız bu şairləri yetişdirən torpaq,
heç şübhəsiz ki, ədəbiyyat və
ədəbiyyatşünaslıq sahəsində inkişaf etməli idi.
Iran ədəbiyyatşünaslığından danışarkən demək lazımdır ki, hələ orta əsrlərdən bu iş
öz təşəkkülünü tapmışdır. Bir çox təzkirəçilər bu barədə öz fikirlərini ifadə etmişlər. Az
da olsa bizim əlimizdə olan məlumatlara görə məşhur təzkirəçi Dövlət Şah Səmərqəndi
ədəbiyyatşünaslıqdan xəbər verir. Lakin ədəbiyyatşünaslığın ayrıca bir elm sahəsi kimi
inkişafı XIX əsrə təsadüf edir. Bu zərurət İran əhalisinin ədəbiyyata həddindən çox meyl
etçəsiylə əlaqədardır. Iranda elə bir insan tapmaq olmaz ki, Firdovsi, Xəyyam, Sədi,
Hafiz və Şəhriyardan bir neçə beyt əzbərdən bilməsin. Şeirə olan maraq
ədəbiyyatşünasların yetişməsinə zəmin yaratdı. Belə demək mümkünsə, bu qədər oxucu
kütləsi qarşısında yüzlərcə şair və yazıçısı olan bir ölkədə mütləq ədəbiyyatşünaslar da
olmalı, onlar nəyi oxuyub, necə təhlil etməyi millətə izah etməlidirlər.
Irana şəxsi səfərlərim zamanı bunun bir daha şahidi oldum. Tehranda
“İnqilab”meydanında dörd yol ayrıcında onlarla kitabxanalar mövcuddur ki, bu satış
mərkəzlərində istənilən şair və yazıçıların əsərlərini tapmaq mümkündür. Kitab
mağazalarında alıcı izdihamı hökm sürür.
Nizamiyə gəldikdə isə, dahi şairin farsca yazması və dünyada
heç bir şairlə müqayisəsi
mümkünsüz görünməsi buna təkan vermiş və zəmin yaratmışdır. Demək yerinə düşər ki,
İranda 600 nəfər Nizami əsərlərinə və onun təhlilinə vaxt ayırmışır. Nəticədə şairi bizə
məhz onlar daha yaxşı tanınmışlar. Bu sahədə İran ədiblərinin rolu danılmazdır.
Ədəbiyyat haqqında elm “ Ədəbiyyatşünaslıq” adlanır. Onun sahələri: ədəbiyyat
nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqiddən ibarətdir
1
. Azərbaycan
ədəbiyyatşünaslığının əsası qədimlərə söykənsə də, inkişafının yüksək mərhələsi
M.F.Axundovun, daha sonra isə F.B.Köçərlinin adı ilə bağlıdır.
1. Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları, Bakı, 1963 səh.4
25
M.F.Axundovun ədəbiyyat haqqındakı fikirləri indi də öz əhəmiyyətini itirməmişdir.
F.B.Köçərli isə minlərcə zəhmət bahasına II cilidlik “Azərbaycan ədəbiyyat tarixi”
kitablarını yazmaqla bu sahədə misilsiz iş görmüşdür.
Klassik ədəbiyyatda XI əsr Qətran Təbrizidən başlayan ədəbiyyat sonralar “Divan
ədəbiyyatı” adıyla məşhurlaşır. Füzuli və Saib Təbrizi dövründə (XVI-XVII əsr)
özünün
yüksək inkişaf dövrünə qədəm qoyur.
Əgər ədəbiyyatşünalığın daha qədim dövrünə nəzər salsaq görərik ki, Antik Yunan
ədəbiyyatının yetişdirdikləri dahi şəxsiyyətlər Homer, Sofokl, Esxil, Aristofan, Evripid,
Pifaqor, Heraklit, Demokrit, Sokrat, Platon , Aristotel kimi nəhəng
dühalar məhz bu
dövrdə yetişmişlər və dünya elminə böyük tövhələr vermişlər. Adları çəkilən bu alimlər
filosoflar olsa da “Poeziya haqqında” çox dəyərli fikirlər söyləmişlər
1
.
Azərbaycan intibah dövrü sənətkarlarından X.Şirvani, M.Gəncəvi və Nizami
Gəncəvi intibahın nəticəsində yetişsələr də, özləri də intibaha böyük tövhələr vermişlər.
Xüsusilə Nizaminin bu sahədə əcvəzedilməz rolu vardır. O, həm ictimai fikir, həm
poeziya və həm də fəlsəfi ideyalar tərənnümcüsü kimi şöhrət qazanmışdır.
Avropada intibah daha sonralar yaranır və Şekspir,
Leonardo da Vinci, Lope de Veqa,
Servantes kimi sənətkarlar yetişir.
Azərbaycan ədəbiyyatşünaslığı əsasən ilk cücərtilərini XI-XII əsrdə Xətib Təbrizi və
Yusif Xoylu yaradıcılığı Nizami əsərinin ədəbi-estetik fikrinin yaranmasında möhkəm
bünövrə olmuşdur. (K.Talıbzadə).
Iran ədəbiyyatşünaslığının formalaşması və ayrıca bir elm sahəsi kimi fəaliyyəti
adlarını sadalayacağımız şair, yazıçı, alim, şərqşünas və ədəbiyyatşünasların böyük
zəhməti vardır. Nizami onlar üçün məbəddir.
1.Əlimirzəyev X.Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları, Bakı, 2008. Səh. 30