II. Müqəddimə
Nizami şeriyyətin gücü ilə hikmət və əxlaq, eləcə də irfan o dərəcə yüksək
yazılmışdır ki, onun yenidən mədhə ehtiyacı qalmır. Əslində böyük şəxsiyyətlərin
barəsində fikir söyləmək çətindir. Şairin bütün müraciətlərində allah birinci yerdə durur.
135
Əsər onun adı ilə başlayıb, onun varlığı ilə də sona çatır. Yeri-göyü xəlq edən və
insanlara ağlı verənin allah olduğu Nizamidə açıqca təsdiqini tapır.
Nizami Gəncəvi münacatlarının təfsiri.
Qeyd etdik ki, Nizami Gəncəvi əsərlərindəki başlanğıc münacatları ilahiyyət,
əxlaqiyyət, hikmət, irfan sahələrində yüksək keyfiyyətə malik olan maarifləndirici sözlər
getmişdir. Şairin ayrı-ayrı dünyagörüşü, ideologiya və s. sahələrə aid olduğu təşəbbüslər
irəli sürülmüşdür. Lakin təəssüflə qeyd edək ki, onların haqqında ətraflı və əsaslı izaha
rast gəlmədik. Bu sahədə hələ xeyli işlər görülməlidir. Şair demişdir: «Hər əhəmiyyətli
iş allahın adı ilə başlamasa, o iş naqisdir».
Varlıq aləminin mövcudatını yaradan və onları yaşadan ilk əzəl də Allah-təaladır.
Allaha müraciət etdiyi beytlərin hamısında bu aşkar şəkildə özünü göstərir. Allah bir
şeyi xəlq etməzdən əvvəl onu necə yaradacağını bilir və buna görə də Allahdır.
O, hökmü və hakimiyyəti aşkar,
Hikməti gizli olan Allahdır. (İqbalnamə) (71-468)
Nizami bu beytlərdə ədəbiyyat, irfan, kəlam, hikmət kimi maraqlı məsələləri irəli
sürmüşdür. Kainatın sirli və böyük sehirgahına baxmışam, onu öyrənib təsvir etməkdə
çox düşünmüşəm, bu səyahətdə özümə suallar vermişəm. Bu, fitrət, vicdan və ağlımın
birlikdə mənə vadar etdikləri maraqlandırıcı səyahət idi. Bunların hamısını mənə o
böyük yaradan bəxş etdi. Hər şeyin mahiyyətini öyrənmək, o şeyi yaratmaq kimidir.
Nizami əxlaqı əsas prinsip hesab edib, onun etik normalar çərçivəsində işlətməyin
tərfdarı olmuşdur. Allaha yaxın olanların əxlaqının pak və təmiz olma şərtlərini Nizami
göstərmiş və bu normaların insanlar arasındakı münasibətlərin ali dərəcəsinə çatacağına
inanmışdır. Şair ömrü boyu bəşəriyyəti doğruluğa səsləmişdir.
Nizaminin irfan, hikmət və etik məsələlərindən böyk bir kitab yazan ustad
Məhəmməd Tağı Cəfəri hər cür təqdirə layiqdir. O bütün Nizami əsərlərini oxuyub geniş
təhlil etməyi bacarmışdır. Bu da Nizami fəlsəfəsinə bələd olmaqdır.
|