Şairlik məqamı və onun böyük şairlərlə müqayisəsi. Həkim Nizminin şairlik
məqamı o qədər yüksək bir səviyyədədir ki, onu əlçatmaz bir dağa bənzətmək olar. Bu
ustaddan dünyaya altı xəzinə 5 bəhrdə dünyaya yadigar qalmışdır. (V.Dəstgerdiyə görə
“İskəndərnamə”dəki “Şərəfnamə” və “İqbalnamə” ayrı-ayrı əsərlər kimi götürülür).
Nizamiyə qədər heç bir şair bu səpkidə əsər yazmamış və ondan sonra yazanlar da
Nizami məsnəvisi səviyyəsinə yüksələ bilməmişdir. Bu baxımdan Nizami əvəzsiz
sənətkardır.