54
əsərində istifadə etmişdir. Təkcə Şərqdə Nizamidən sonra onlarla “Leyli və Məcnun”
yazılmış,
demək olar ki, o dövrün ən qüdrətli şairləri bu mövzuya müraciət etmişlər.
Lakin yaddan çıxartmaq
olmaz ki, Nizaminin “Leyli və Məcnun” dastanının
rövnəqliyini heç birisi verə bilməmişdir.
Dördüncü əsər “Yeddi Gözəl”dir. Bu poema xəfif salim bəhrində yazılmış,
təqribən 5130 beytdən ibarətdir. Nizamidən əvvəl bu bəhrdə Sənai yazmışdır.
Bu əsər
İran şahı Bəhrami
Gurdan bəhs etsə də, Nizaminin elm sahələrinin şeriyyətdə
birləşdirilməsinə dəlalət edir. “Yeddi Gözəl”
yeddi müxtəlif məmləkət, yeddi künbəz və
yeddi müxtəlif dünya gözəlindən bəhs edir.
Dostları ilə paylaş: