Saltıkov-Şedrin adına Sankt-Peterburq şəhərinin mərkəzi kitabxanasında
saxlanılmaqdadır.
Bütün bunları nəzərə alsaq, heç tərəddüd etmədən bu qənaətə gəlmək olar ki,
Nizaminin şeirlər divanı həqiqətən olmuşdur. Fikrimizcə bunları bir yerə toplayıb
millətimizə çatdırmağın vaxtı gəlib çatmışdır.
S.Nəfisinin 1338-ci ildə yazdığı «Asaro əhvalo divane qəsaedo qəzəliyyate Həkim
Nizami Gəncəvi» əsəri 316 səhifəlik kitabda cəmlənmişdir.
Nizami həyat və yaradıcılığından bəhs edən ən dolğun məlumatdır. Müəllif burada
Nizaminin olum və ölüm tarixlərini 5-10 il fərqlə göstərsə də, ancaq bilgi etibariylə çox
vacib məsələyə toxunmuş, şairin ailəsi haqda bəzi bilgiləri vermişdir. Aydındır ki, heç
bir müəllif Nizami barədə onun bioqrafiyasını aça bilməmişdir. Bu da ondan irəli gəlir
ki, məlumatlara tam söykəniləcək bir mənbə bu gün belə yoxdur.
S.Nəfisi bir alim kimi Nizami xəmsəsindəki 5 dastanı təhlil etmiş, onların
mahiyyətini açıqlamışdır. Bunlarla razılaşmamaq olmaz. Lakin onun yazılarında bəzən
Nizamiyə fars prizması ilə baxması, hətta, fras şairi deməsi fikirləriylə razılaşmaq
mümkün deyildir.
Bunu Azərbaycan şərqşünasları H.Araslı, R.Əliyev və X.Yusifli qeyd etmişlər ki,
Nizami Gəncədə döğulmuş, orada yaşamış və yaratmış, oradan kənara çıxmamış, orada
da torpağa tapşırılmışdır.
S.Nəfisi də bunları etiraf etsə də, nədənsə bəzən öz dediklərini təkzib edib «fars
şairi» ifadəsini işlətmişdir. Bütün bunlara baxmayaraq böyük alim S.Nəfisinin Nizami
haqqındakı yazıları nizamişünaslıqda önəmli rol oynayır.