Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə33/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   29   30   31   32   33   34   35   36   ...   95
 
 
 
 


59 
 
 
MÜASİR İRAN ƏDƏBİYYATŞÜNASLIĞINDA NİZAMİ GƏNCƏVİ 
 İRSİNİN TƏDQİQİ  
 
Dünya ədəbiyyatşünaslığının bir hissəsi olan İran ədəbiyyatı ən zəngin ənənələrə və 
çox güclü şairlərə malik olmaqla yanaşı  həm də  qədim köklərə söykənir. Bəzən bu 
ədəbiyyat bütün fars dilli ədəbiyyatı öz çərçivəsi dairəsinə salmağa çalışır. Nəzərə alsaq 
ki, bütün Yaxın və Orta Şərqin  şeir dili fars dili qəbul edilmişdir, onda buna heç bir 
ehtiyac qalmır. Orta əsr şairlərinin əksəriyyəti fars dilinə müraciət etdiklərindən yeni bir 
fars dilli şeir çələngi meydana çıxmışdır. Bu şairlərdən Firdovsi, Xəyyam, Sədi, Hafiz, 
Rudəki, Cami, Farabi, C.Rumi, Nəvai ilə yanaşı Xaqani, Məhsəti, Nəsimi, Füzuli kimi 
şairlər Azərbaycan  şeirinin fövqündə dayanmış,  əsərlərinin  əksəriyyətini fars dilində 
yazmışlar.  
Nizamiyə gəldikdə isə, o, xüsusi bir yer tutmuş, nəinki Şərqin, dünyanın ən qüdrətli 
şairi kimi şöhrət qazanmışdır. Nizami, İran ədəbiyyatşünaslığında özəl bir yer tutur. Heç 
təsadüfi deyil ki, ömrünün 30 illik fəaliyyətini Nizamiyə  və onun yaradıcılığına həsr 
etmiş böyük İran alimi V.Dəstgerdi demişdir ki, İran ədəbiyyatnıda Nizami ilə müqayisə 
ediləcək ikinci bir şairə rast gəlmək mümkün deyildir. Ədalət naminə desək, elə 
Nizamidən ən çox yazan, onu lap çox araşdırıb tədqiq edənlər İran yazıçı, şair, alim və 
şərqşünaslarıdır. Nizaminin fars dilində yazması buna daha artıq stimul yaratmışdır.  
Əlbətdə, burada fars təsirinin də istisna rolu vardır. Lakin həqiqət naminə desək, 
Nizamini ən çox təhlil edən və onun əsərlərini tədqiq edənlər də İran alimləridir.  
Nəticədə Nizami dünyada məşhurlaşmış,  İranda isə onu tanımayan yoxdur. XIX 
əsrin II yarısından başlayaraq  İran alimlərindən S.Nəfisi, V.Dəstgerdi,  Ə.Şəhabi, 
Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, B.Zəncani,  Ə.Fərzanə  və başqaları Nizamiyə 
dönə-dönə müraciət etmiş, onun əsərlərini təhlil etmiş  və  tədqiqatında mühüm rol 
oynamışlar. Nəticədə Nizami əsərləri fars və ingilis dillərində bütün dünyaya 
yayılmışdır.  


60 
 
 
Lakin bu araşdırmaların hamısı ilə tam razılaşmaq mümkün deyildir. Burada bir 
neçə faktora diqqət yetirmək lazımdır:  
1.
 
Nizami elə bir dahidir ki, hər tədqiqatçı onu olduğu kimi dərk edə bilməz.  
2.
 
İran ədəbiyyatşünasları bir qayda olaraq Nizamiyə fars prizması ilə yanaşmışlar.  
3.
 
Şairin doğum ilində 10 il fərqlə yazılara rast gəlinir.  
4.
 
Nizamidə türkçülük meyllərinə demək olar ki, heç toxunulmamışdır.  
5.
 
Onun Gəncədə doğulması inkar edilməsə də, başqa yerdən gəldiyi fikirləri var.  
6.
 
Orta əsr şeir dili fars dili olduğundan İran ədəbiyyatşünasları onu fars şairi kimi 
verməyə çalışırlar.  
7.
 
Nizamini dünyaya ən çox tanıdan İran alimləri olduları üçün, elə şair haqqındakı 
fikirləri də onlar formalaşdırmışlar.  
Açığını etiraf etsək, Azərbaycan onun vətəni olsa da, H.Araslı  və R.Əliyevdən 
başqa şairin əsərləri o qədər təhlil olunmamış, tədqiq edilməmişdir. Ayrı-ayrı illərdə və 
şairin 800-850 illik yibileylərində işlər aparılıb müxtəlif məqalələr yazılmışdır ki, bunu 
bizcə  qənaətbəxş saymaq olmaz. Heç deyilsə biz mütəmadi olaraq «Nizami məktəbi» 
yaratmalı idik. Təəssüflər olsun ki, biz bunu etmirik, nəticədə İran alimləri artıq indidən 
Nizaminin 900 illiyinə hazırlıq məqsədilə  şairin xəmsəsini yenidən fars və ingilis 
dillərində dünyaya yayıb özününküləşdirirlər.  
Yuxarıda qeyd etdiyimiz kimi, Nizami elə böyük bir şəxsiyyətdir ki, onun 
xəmsəsinin hər bir əsərində ən azı 5 dahi çıxır. Bu baxımdan əgər şairin hər misrasından 
bir öyüd və  nəsihət çıxırsa, biz onu ömrümüz çatıncaya qədər araşdırmalı  və  tədqiq 
etməliyik.  
İranda elə bir il olmur ki, Nizami haqqında yazmasınlar, onu təhlil etməsinlər və 
əsərələri araşdırılaraq tədqiq edilməsin.  Şairin doğum ili haqqında yeni-yeni 
mülahizələr, onun ilk şeirləri barədə araşdırmalar, yaşadığı dövr və bu dövrün 
hökmdarları haqda geniş  məlumatlar verilməklə yanaşı  xəmsədəki  əsərlərindən «Sirlər 
xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi Gözəl» və «İskəndərnamə» 
poemalarnın səciyyəvi xüsusiyyətləri, onların yaranma səbəbləri haqqında geniş şərhlər 


61 
 
 
verib açıqlamağa çalışmışlar. Maraqlı orasıdır ki, bu tədqiqatlar bir-birini təkrar 
etməmiş, yeni-yeni mətləblərin meydana çıxmasına səbəb olmuşdur.  İndiyə  qədər də 
Nizami və onun xəmsəsi bir tədqiqat obyekti olaraq qalmaqdadır.  
İranda bu iş dövlət səviyyəsində dəstəklənir və müxtəlif çap evlərində yazılan hər 
bir elmi məqalə işıq üzü görür. Digər tərəfdən Nizaminin atəşpərəstlik, sufilik,  islama 
münasibətləri və onun dini görüşləri araşdırma obyekti olaraq açıqlanmağa çalışdırılır. 
Nizamidə idrak, irfan və real dünya görüşü bir vəhdət təşkil edir. Elə buna görədir ki, biz 
Nizamini  nə tam din xadimi, nə sufii, nə  də dinsiz adlandıra bilmirik. Şairin tarixi 
şəxsiyyətlərə müraciət etməsi və öz fəlsəfi fikirlərini söyləməsi onun tam öz düşüncə 
tərzindən xəbər verir.  
Nizamiyə bir şair kimi baxmaq doğru sayılmazdı. O, dövrünün bütün mövcud 
elmlərini  şeriyyətə  gətirməklə, fəlsəfi fikir sahəsində  ən uca kulminatik nöqtəni fəth 
etmişdir. Belə olmasaydı bu illər ərzində Nizamidən bu qədər yazmaq mümkün olmazdı. 
Tədqiqatlar göstərir ki, Nizami elə bir bitməz-tükənməz xəzinədir ki, biz hələ onun 
içərisinə daxil olmağa macal tapmamışıq. Olsa-olsa onun astanası ağzındayıq. Elə buna 
görədir ki, təkcə  İran alimlər deyil, Nizamini bütün dünya alimləri onu tədqiqat 
obyektinə çevrilmişdir. Bəşəriyyətin poeziya hissiyyatı durduqca Nizami öz ölməzliyi 
ilə yaşayacaq, neçə-neçə  nəsillərə örnək olacaqdır. Həmişəyaşıl ağac kimi heç vaxt 
solmayacaqdır.  
Nizamini  ən çox araşdıran, onun əsərlərini təhlil edib tədqiq edən  şərqşünas 
alimlərdən V.Dəstgerdi və rus alimi akademik Bertelsdir. V.Dəsgerdi öz yazılarında 
qeyd edir ki, mən, Nizami xəmsəsini 100 dəfədən çox oxuyub mütaliə etmişəm. Ancaq 
hər dəfə Xosrov və Leylinin ölüm səhnələrinə gəldikdə gözlərimdən qeyri-ixtiyari olaraq 
yaş  gəlmişdir.  Əsərin emosional təsiri o qədər yüksəkdir ki, biixtiyar insan özünü 
saxlaya bilmir. Biz, Nizamini tədqiq etməklə özümüzü dərk etmiş oluruq. Eyni zamanda 
elm aləmi də bizi tanımağa başlayır.  


62 
 
 
Akademik Bertels demiş ki, Nizami bəşəriyyətin 100 illərlə arzuladığı azadlıq, 
bərabərlik, qardaşlıq, doğruluq, sülh ideyalarını onlara bəxş etmişdir. Biz ondan daha nə 
istəyə bilərdik?! (94-98)  
Həqiqət naminə desək İran ədəbiyyatşünaslığında Nizami xüsusi bir yer tutur. Uzun 
illər onu tədqiq etmək deyilənlərə bariz nümunədir.  
Hal-hazırda  İranda elə bir ədəbi məclis, elə bir şair, yazıçının yubileyi, elə bir 
ədəbi-bədii konfrans, konqress olmaz ki, orada Nizami adı  çəkilməsin. Söhbət dünya 
poeziyası incilərindən gedərkən hər şeyin başında Nizami şeriyyatı durur.  
Nizaminin çox nəfis və gözəl farscası var ki, insan istər-istəməz ondan uzaqlaşa 
bilmir. Digər tərəfdən bu dil bütün oxucu kütlələri üçün anlaşıqlıdır. Nizami 
poeziyasındakı  ərəb və türk sözləri tam yerli-yerində  işlədilərək  şerə yeni bir təravət 
gətirmişdir.  Şairin bir poliqlot kimi dilləri kamil bilməsi ona başucalığı  gətirmiş, 
əsərlərinin tez bir zaman içərisində yayılmasına zəmin yaratmışdır. Beləliklə də, Nizami 
hələ sağlığında ikən özünə ölməzlik, əbədilik mücəssəməsi yaratmışdır.  
Doğurdan da İran  ədəbiyyatşünaslığında 100-dən artıq müəllif Nizaminin həyatı, 
şəxsiyyəti, yaşadığı dövrü, onun şeir dünyası  və  xəmsəsindəki beş  əsəri haqqında çox 
yazmışlar. Lakin onu qeyd etmək yerinə düşər ki, bu müəlliflərin Nizamiyə yanaşma 
tərzi hər kəsin öz bilik meyarı  çərçivəsi hesabınadır. Nəticədə elə bir müəzzəm elmi 
əsərlər toplusu meydana gəlmişdir ki, onları illərcə  tədqiq etməyə yetərincə vaxt 
lazımdır.  
İran ədəbiyyatşünaslığında Firdovsi və Nizamidən başqa bu qədər tədqiqat obyekti 
olan  şairə rast gəlmək mümkün deyil. Sevindirici haldır ki, bu işlər indi də  gənc 
ədəbiyyatşünas, alim və  şərqşünaslar tərəfindən davam etdirilir. Bu, onu göstərir ki, 
Nizami elə bir ümmanlı dahidir ki, biz hələ onun içərisinə heç qurşağa qədər də daxil ola 
bilməmişik.  
Müasir ədəbiyyatşünaslıqda Nizami haqda yazan və onu tədqiq edən alimlərdən ən 
görkəmlisi doktor Ə.Zərrinkubdur. Ona görə ki, Zərrinkub Tehran universitetində, 
Əfqanıstanda, Pakistanda, Hindistanda, İsveçdə  və  hətta Oksford universitetində 


63 
 
 
çalışaraq  şərq  ədiblərini,  ədəbiyyatını  tədris etmiş, eyni zamanda Nizamiyə xüsusi 
hüsnü-rəğbəti olmuşdur. Onun 2004-cü ildə yazdığı «Gəncə piri və ya utopiya» əsəri 
Nizaminin həyat, əsər və fikir dünyasından bəhs edir.  
Müəllif bu əsərlə Nizami dünyasını tam açmağa çalışmış, eyni zamanda onun 
tədqiqini göstərilən ölkələrdə yaymışdır. Onun Nizami haqqındakı kitabı ingilis dilində 
yazılıb tərcümə edilərək dünyanın əksər ölkələrinə yayılmışdır.  
Bu baxımdan  İran alim və  ədəbiyyatşünaslarının gördüyü işlər təqdirə layiqdir. 
Ə.Zərrinkub Nizamini tədqiq etməklə  qərb aləminə poeziyanın  şərqin özü kimi necə 
əsrarəngiz odğunu çatdırmış, onu sevdirməyə nail olmuşdur. Ədəbiyyatın, mədəniyyətin, 
sivilizasiyanın  Şərqdən doğub nəşət etməsini bir daha sübut etmişdir. Heç də Nizami 
kimi dahiləri yetişdirən  şərqin təsadüfi bir yer olmamasını sübuta yetirmişdir. 
Tədqiqatçı, günəşin  Şərqdən doğub yer kürəsini qızdırdığını söyləməklə  şeriyyatın da 
bir o qədər qəlblərə nüfuz etdiyini göstərməyə çalışmışdır. Doğurdan da, əsrlər, illər 
ötüb keçsə  də Avropanın  ən məşhur  şairləri  şərq  şeriyyatının ecazkar ritmi qarşısında 
aciz qalmış, etiraf etməyə  məcbur olmuşlar ki, Şərqin  ən adi şairi Qərbin  ən görkəmli 
şairindən daha üstündür. Bu nöqteyi-nəzərdən Nizami heç kəslə müqayisə ediləcək bir 
şair deyil. 900-ilə yaxın bir məsafə onu bizdən ayıran olsa da, yenə ikinci bir Nizami 
yetişəcəyi mümkünsüz görünür.  
 

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin