Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə38/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   34   35   36   37   38   39   40   41   ...   95
V FƏSİL 
«Yeddi gözəl» 
Şah  Kürp    Arslan dünyagir Nizamiyə «Yeddi gözəl» dastanını yazmağı 593-cü il 
hicridə  sifariş etmişdir.  Ona «Mərağa Allahı» deyirdilər. Nizaminin bu dövrdə artıq 60 
yaşı var idi. Nizaminin də diqqətini Firdovsi «Şahnamə»sindən məlum olan Bəhram Gur 
surəti cəlb etmişdir. Bəhramın bacarığı, döyüş qabiliyyəti, eşqi, hökumət işi, siyasəti, 
hərbdəki sücaəti şairə bu əsəri yazmaqda çətinlik yaratmamışdır. 
Azərbaycan hökmdarı Atabəy  Əbubəkr də Nizami əsərlərindən zövq aldığı üçün 
şairə səadət diləyirdi. 
Bəhramın atası onu dünyaya sahib çıxmaq üçün Ərəbistana təhsil almağa göndərir. 
Bəhram bir çox elmləri burada öyrənir. Eyni zamanda Bəhram at sürməyi, ox atmağı, ov 
etməyi də öyrənir. O, şir, öküz, maral ovlaya bilir, bu sahədə püxtələşir. Növbəti gəzinti 
zamanı  Bəhram bir qəsrə daxil olur və orada yeddi gözəlin rəsmlərini görür. Bu 
qızlardan hər biri müxtəlif  ölkələrə aid idilər. Bu qızların hamısı  Bəhramın diqqətini 
cəlb edirlər. Bəhram bu şəkillərə o qədər baxır ki, onda eşq hissi bu yeddi qıza oyanır. 
Bütün eşqlər bu eşqin qarşısında aciz olur, onun xatirə lövhəsindən silinir. 
Bu arada Yezdgirdin ölüm xəbəri Yəmənə gəlir və Bəhram bundan kədərlənir ki, 
atasını itirmişdir. Bəhram ordu toplayıb atası yurduna və taxt-taca sahib olmağa tələsir. 
Bəhramın şahlığı mülkünün abadlığı, saray həyatı dəbdəbəli eyş-işrətlə keçdi. Onun 
kənizlərindən biri (Nizami onu «Fitnə» adlandırır), musiqi çalır, mahnı oxuyur, hətta, 
Bəhramla ovda iştirak edirdi. Lakin günlərin bir günü şahın Fitnəyə acığı tutur, onun 
ölümünə hökm verir. Lakin ağıllı  sərkərdə Fitnəni öldürmür, onu öz qəsrinə aparır. 
Fitnəni xəlvətdə gizlədib, ona nəvaziş göstərir. Fitnə orada yeni doğulmuş dananı 
əllərinə alıb ondan xoşlanır. Xeyli müddət keçəndən sonra Fitnə dananı çiyinləri üzərinə 
qaldırıb sarayın pilləkənlərindən aşağı-yuxarı düşürür. Nizami göstərir ki, o, artıq buna 
adət etmişdir.  Həmin bu adət məsələsini Fitnə şah ov edən zaman Bəhrama demişdir. 
«Bəhrami Gur ceyranı qulağını qaşıyarkən oxu elə atmışdı ki, heyvanın ayağı qulağı ilə 
bir yerdə qalmışdır». Fitnə buna «adət» dedikdə şah qəzəblənib onu öldürmək istəsə də 


79 
 
 
Fitnəyə qıymamış, onu sərkərdəsinin əliylə öldürmək qərarına gəlmişdir. Xeyli müddət 
bu hadisədən keçəndən sonra şah təsadüfən həmin sərkərdənin qəsrinə qonaq gəlir. Fitnə 
adəti üzrə öküzü çiyinlərində pillələrdən qaldırdıqda şahın gözü ona sataşır və deyir ki, 
belə  şey ola bilməz. Fitnə çevrilib şaha cavab verir ki, adət etsən olar. Bəhram dərhal 
Fitnəni tanıyır və onun sağ qalmasına sevinir. Sərkərdəyə onu öldürmədiyi üçün 
təşəkkür edir. 
Nizami dahiliyinin böyüklüyü ondadır ki, kim səhv etsə  də hökmdar səhv 
etməməlidir. Çünki, sonrakı peşmançılıq fayda verməz. 
Şah səhvini başa düşür və Fitnəni yenə öz sarayına aparır. 
Bundan sonra Bəhram ovdakı məharətini döyüşdə nümayiş etdirir. Ov bəhanəsi ilə 
300 döyüşçü ilə Çin Xaqanını məğlub edib Ceyhuna qədər olan böyük bir sahəni qəsb 
edir,  əldə edilən qənimətləri təxtinə  gətirib bayramsayağı  günlər keçirir. Onun şəninə 
İran şairləri ilə bahəm, ərəb şairləri də şeir yazmağa başladılar. 
Bəhramın əldə etdiyi qənaətlər içərisində yeddi ölkənin qızları da var idi. Bəhram 
öncə fars gözəli, sonra çin gözəli, rum gözəli, qərb gözəli, xarəzm gözəli, slavyan 
gözəlini yanına cəmləşdirib eyş-işrətə başlayır. Bir gün usta Simnarı çağırıb bu yeddi 
gözəl üçün yeddi günbəzli bir saray tikdirməyi  əmr edir. Vaxt o vaxt olur ki, yeddi 
günbəzli saray hazır olur. Bu, əslində yeddi  bürcü ifadə edirdi. Burada məmləkətin 
nişanələri də özünü  göstərirdi. Günəş, ay və ulduzların parıltısı bu müəzzəm imarətə 
xüsusi yaraşıq verirdi. Bəhram da bundan böyük zövq alır, həftənin yeddi gününü bu 
gözəllərə həsr edir, onlardan nağıllar dinləyirdi. 
Nizami bu ölkə  və xalqlara tam bələd olduğundan  ədəbi bir sənət nümunəsi 
yaratmışdır. Eyni zamanda Nizami göstərir ki, eyş-işrətə başı qarışan  şahın idarəetmə 
şərti onun yadından çıxır, bu da hərc-mərcliyə gətirib çıxarır. 
Günlərin bir günü Bəhram yenə səhraya üz tutur. Bu dəfə onun fikri nə eyş-işrət, nə 
də ov etmək istəyi idi. İstidən susuzlayır və uzaqda gözlərinə bir ağac sataşır. Ora 
yaxınlaşıb görür ki, ağacdan bir it asılmışdır. Gözü yaşlı bir çobana dəyir. Bəhram ondan 
iti asmasının səbəbini soruşur. Çoban cavab verir ki, bu it mənim yaxın köməkçim idi. 


80 
 
 
Lakin günlər ötdü, gördüm ki, sürüdən yaxşı qoyunlar yox olur. İzi izləmək qərarına 
gəldim, gördüm ki, qoyunları qurda verən itin özüdür.  Ona görə də öz cəzasını çəkməli 
idi. Vaxtında buna əncam çəkməsəydim, indi sürüdə bir qoyun belə qalmayacaqdı. Qoca 
çobanın sözləri Bəhrama çox təsir edir, öz-özünə deyir ki, mən də  məmləkətin 
idarəsində belə  şeylərə yol vermişəm. Bundan sonra onları düzəltməyin vaxtı  gəlib 
çatmışdır. Bəhram qoca çobandan su alıb içdikdən sonra təşəkkür edib geri qayıdır. 
Yolboyu o da inandığı adamların özbaşınalığı, rəiyyətin  şikaytlərini yerində 
yoxlamadığını  və xüsusilə  vəziri Rast Rövşənin haqsızlığı onu narahat edir. Qayıdan 
kimi vəziri Rast Rövşəni vəzifəsindən azad edir, ölkədən xəbərdar olur, eyş-işrətlə 
başını qatmır, orduyla özü məşğul olur. Bunu görən Çin Xaqanı    İranla müharibəni 
dayandırır. Haqq-ədalət öz yerini tutur. Bir sözlə Bəhram tamam dəyişir. Hətta məsələ o 
yerə çatır ki, yeddi gözəli öz məmləkətlərinə göndərir və 7 günbəzdən tikilmiş o 
müəzzəm sarayı ibadətcah üçün verir. 
Əlbətdə, Nizami ilk əsərindən başlayaraq son əsərinə  qədər «ədalətli  şah» 
axtarışında olmuş, bu ideyanı hər bir əsərində qabartmış və «Yeddi gözəl»də bunu bariz 
şəkildə  təsvir etmişdir. Demək yerinə düşər ki, bu ideyaların hamısı Firdovsidə vardı, 
lakin Nizami onu daha yüksək zirvəyə qaldırmağa nail olmuşdur.  Əgər «Sirlər 
xəzinəsi», «Xosrov və  Şirin», «Leyli və  Məcnun» o qədər ardıcıl olmayıb müxtəlif 
fikirlərlə dolu bir əsər idisə, Nizami «Yeddi gözəl»i yazmaqla Sasani hökmdarları  və 
Bəhram Gurdan konkret olaraq əvvəldən axıra kimi bəhs edir. Nizamiyə qədər Bəhram 
haqqında əfsanələr ağızdan-ağıza keçmişdir. Lakin Nizami onları daha da cilalamış  və 
hakim necə olmalıdır prinsipini göstərə bilmişdir. Bununla da şair islamdan əvvəlki 
dövru belə  əhatə etmiş  və hazırda  İran  ərazisində  Bəhram Gurdan qalan sarayın 
nümunələri və Bəhramın həqiqi şahlıq dövrü bütün bunları təsdiq edir.  Tarixi baxımdan 
Nizami bu hadisələrlə yaxşı tanış olduğunu öz dastanında göstərib nümayiş etdirmişdir. 
Qədim iranlıların bütün adət və ənənələrinin sonrakı nəsillərə çatdırılmasında Nizaminin 
istisna rolu vardır.  Əsərdəki yeddi günbəz və 7 iqlim bir-birini həmahəng  şəkildə 
tamamlayır. Nizaminin təbiət elmləri və astronomiya haqqındakı  bilikləri burada aşkar 


81 
 
 
özünü biruzə verir. Yeddi gözəlin diliylə söylənilən hər bir macəra həftənin 7 günü ilə 
həmahənglik təşkil edir. şərq aləmində 7 müqəddəs rəqəm kimi tanınır. Nizami oxucunu 
çox füsunkar bir coşğu ilə  əsərə baş vurmağa və  nəticə  çıxarmağa sövq edir. Əsrlər 
keçsə də, onun buna müvəffəq olduğunun şahidi oluruq. 
7 gün, 7 günbəz, 7 gözəl, 7 iqlim, 7ölkə, 7 qız, 7 dastanın hamısı mütənasib şəkildə 
vəhdət təşkil edir. hətta onları nəql edənlərin ləhcələri də öz əksini tapmışdır. 
Maraqlı burasındadır ki, Avropa ədəbiyyatında  ən çox sevilən  əsər «Yeddi 
gözəl»dir.  İlk dəfə  şərq  ədəbiyyatında ruslar haqqında məlumat verən Gəncəli  
Nizamidir.  İnsana elə  gəlir ki, Nizamiyə  qədər sanki bu məqamlardan heç kəs 
danışmamışdır. 
Qadın azadlığı  məsələsi də Nizamidə  həmişə ön sırada durmuşdur. «Sirlər 
xəzinəsi»ndən başlayaraq mövqe tutan Şirin və adi kəniz Fitnəyə  qədər qadın ləyaqəti 
şairi düşündürmüşdür, qadına sevgi Nizamiyə görə ön sırada durmalıdır. Çünki gözəllik, 
zəriflik ancaq qadın xislətində cəmləşə bilər. 
Nizaminin qüdrəti təkcə «Yeddi gözəl»lə bitmir. O, axır sözünü «İskəndərnamə» 
ilə deyəcəkdir. Amma «Yeddi gözəl» təravətli bir əsər kimi əbədi yaşayacaqdır. 
 

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin