Müasir İran ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi və tədqiqi. Nizami mövzusu daima aktual olaraq qalır. Şairin fars dilində yazmasını nəzərə alsaq,
İranda buna biganə qalan heç bir şair, yazıçı, ədəbiyyatşünas, şərqşünas tapmaq
mümkün deyil. Bunlardan Ə.Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, B.Zəncani, B. Sərvət,
M.T.Cəfəri və s. göstərmək olar. Elə bu alimlərin səyi nəticəsində Nizami dəfələrlə
nəşr edilib ingilis və fars dillərində bütün dünyaya yayılmışdır. Adama elə gəlir ki, daha
Nizami haqqında hər şey deyilmişdir. Ancaq hər beytini təkrarən oxuduqda yeni
mətləblər meydana çıxır. Sanki, bu, bitməz-tükənməz bir xəzinədir. Maraqlıdır ki,
Nizamini öyrədib tədqiq edənlər bir-birini təkrarlamamış, hər kəs öz dərk etdiyi kimi
izah vermişdir. Iran ədəbiyyatşünaslığında Firdovsi və Nizamidən başqa bu qədər
tədqiqt əsərinə rast gəlmək mümkün deyil. Digər tərəfdən Nizaminin çox mükəmməl və
fəsahətli dili də az rol oynamır.