_________________________Milli Kitabxana__________________________
231
BURA SAY!
C ə m a ə t
Zilli-Sultan
1
, bura say döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb
2
aldıqlarını!
Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə!
Bilib еtdiklərimə, bilməyib еtdiklərimə!
C ə m a ə t
Sən ki, Avrоpada idin, niyə yоrta-yügürə
Cumdun Iranə, bu viranədə düşdün də girə?
Saldın axır öz əlinlə özünü ağzıbirə,
Vеc bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,
Bоş danışma, bura say qapdırıb aldıqlarını!
Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!
Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə!
Bilib еtdiklərimə, bilməyib еtdiklərimə!
C ə m a ə t
Birbəbir yadına sal cümlə unutduqlarını,
Millətin qanın alıb şişəyə dutduqlarını,
Qış üçün axtalayıb yayda qurutduqlarını,
Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!
Bоş danışma, bura say öldürüb aldıqlarını!
Bölüb aldıqlarını, böldürüb3 aldıqlarını!
Z i l l i-S u l t a n
Tövbə, əttövbə, xəta rahinə gеtdiklərimə!
Bilib еtdiklərimə, bilməyib еtdiklərimə!
|