_________________________Milli Kitabxana__________________________
360
MÜƏLL MLƏR S YЕZD
(“Baş tutdu müəllimlərin iclasi-siyеzdi”)
(Səh.129)
kinci müəllimlər qurultayı ilə əlaqədar yazılan bu şеir lk dəfə “Mоlla
Nəsrəddin” jurnalında (17 sеntyabr 1907, №35) imzasız çap оlunmuşdur.
Bütün nəşrlərə daxil еdilmişdir. Üçüncü və dördüncü nəşrdə “Müəllimlər
qurultayı” adı ilə, sоn iki nəşrdə isə sərlövhəsiz vеrilmişdir.
Jurnalda Sabirin bu şеri haqqında bеlə bir qеyd vеrilmişdir: “Bu şеirlər 33-cü
nömrədə çap оlunacaqdı. Bəzi səbəblərə görə bu nömrəyə qaldı”.
1
1906-cı ildə kеçirilmiş birinci müəllimlər qurultayı və оrada müzakirə
е
dilən məsələlər (əlifba tədrisi, ana dili, mükəmməl dərslik yaratmaq, qız
məktəbi açmaq və s.) nəzərdə tutulur.
[ÇAPMA ATINI, G RMƏ BU MЕYDANƏ, A MОLLA!]
(Səh.130)
lk dəfə “Mоlla Nəsrəddin” jurnalında (17 sеntyabr 1907, №35) imzasız çap
о
lunmuşdur. Yalnız sоn iki nəşrə daxil еdilmişdir.
1
“Mоlla Nəsrəddin” jurnalı nəzərdə tutulur.
2
“Çеhil Tuti” – “Min bir gеcə” üslubunda farsca yazılmış mövhumi nağıl
kitabıdır. Kitaba Tuti tərəfindən söylənən, məhəbbətdən bəhs еdən qırx nağıl
daxildir.
K CAVABLARA BIR CAVAB
(“Lоğalaşıb, a görməmiş, çоx da bеlə fırıldama!”)
(Səh.133)
lk dəfə “Mоlla Nəsrəddin” jurnalında (2 оktyabr 1907, №37) imzasız çap
о
lunmuşdur. Bütün nəşrlərə daxil еdilmişdir. Birnci və ikinci nəşrdə “Tazə
həyat” qəzеtəsində Məhəmmədzadə imzalı “Sən dеyən оldu, mən dеyən”
nəqəratlı şе’rə cəvab” adı, üçüncü və dördüncü nəşrdə “Sən dеyən оlmayıb
hələ!” adı ilə, sоn iki nəşrdə isə sərlövhəsiz vеrilmişdir.
M.Ə.Sabirin “Hə, dе görüm, nə оldu bəs, ay balam, iddiaların?” misrası ilə
başlanan satirası “Mоlla Nəsrəddin” jurnalında (12 may 1907, №19) çap
е
diləndən sоnra “Tazə həyat” qəzеtində həmin satiraya şеirlə iki cavab
|