Stranski-Krastanov
rejimində təbəqənin əmələ
gəlməsinin quruluş sxemi:
а, б – layların əmələ
gəlməsi; в – adacıqların
əmələ gələsi;
г – polikristallik təbəqə; 1 –
altlıq;
2 – monolay örtük; 3 –
adacıqlar
LB-texnologiya
ilə çoxlaylı quruluşların yaradılmasında istifadə edilən digər
üsul 1938-ci ildə Lenqmür və Şayfer tərəfindən yaradılmış horizontal üsul adlanır.
Şayfer üsulundan əsasən bərk (sərt) layların çökdürülməsində (yaradılmasında)
istifadə edirlər. Bu üsulla əvvəlcə su-hava sərhəddində sıxılmış monolay formalaşır
(şəkildə 1 vəziyyəti). Sonra müstəvi altlıq monolay üzərinə horizontal yerləşdirilir
(2 və 3 vəziyyətlər). Altlıq qaldırıldıqda və su sıthindən aralandıqda, monolay
altlıq üzərinə “yapışmış” olur (4 vəziyyəti).
LB-texnologiyası ilə səthlərin şaquli
formalaşma sxemi: a) mayeyə ilk
batırılma; b) mayedən ilk
qaldırılma; v) ikinci batırılma; q)
ikinci qaldırılma.
49
Epitaksial layların formalaşması qeyr-tarazlıq şəraitində getdiyi üçün onları
tədqiq etmək və enerjiyə görə interpretasiya etmək çox çətindir.
Lenqmür-Şayfer üsulu səthlərin formalaşması
İndi isə üçölçülü nanomateriallardan füllerenlərin və karbon
nanodorularının yaranma üsullarını nəzərdən keçirək.
Keçən əsrin elmi nəşrlərində klasterlər haqqında məlumatlarda deyilir ki, hətta
3000 – 4000 K temperaturunda bərk faza ilə tarazlıqda olan karbon qazı, əsasən, C
n
klasterlərindən ibarət olur və bu klasterlər içərisində əsas yeri C
15
klasterləri tutur.
Bu deyilənlərdən aydın olur ki, əgər biz karbon atomlarından ibarət buxar yarada
bilsək, sonra yüksək temperatur və təzyiq şəraitində onun asta-asta kondensasiya
etməsinə imkan versək, onda mütləq sferik formalı füllerenlər yaratmış olarıq”.
Elm dairələri arasında füllerenlərin müxtəlif yaranma modelləri irəli sürülür
ki, bunlardan biri kimi C
10
halqasına ardıcıl olaraq dayanıqlı C
2
–nin birləşməsi
nəzərdə tutulur. Aşağıdakı şəkildə halqalardan C
60
və C
70
füllerenlərinin yaranma
modeli göstərilmişdir.
|