Müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsinin dayandırıl-
ması iddia müddəti axımının dayandırılmasına səbəb olan əsaslardan biridir. Bu əsas bizim qanunvericilik üçün
yenidir. Köhnə qanunvericilik bu cür əsas nəzərdə tutmamışdı.
Öz hüquqi təbiətinə görə həmin əsas moratoriuma oxşayır və ona yaxındır. Belə ki, göstərilən əsas moratori-
um kimi iddia irəli sürülməsi üçün hüquqi maneə və əngəl yaradır.
Normativ hüquqi aktın qüvvəsini yalnız buna səlahiyyəti çatan orqan dayandıra bilər. Burada söhbət norma-
tiv aktın qüvvəsinə xitam verilməsindən və onun ləğv edilməsindən getmir. Sadəjə olaraq, səlahiyyətli orqan
özünün qərarı ilə normativ aktın qüvvəsini müəyyən müddətə, bir qayda olaraq, fövqəladə halın mövcud olması
müddətinə qədər dayandırır. Madam ki, normativ aktın qüvvəsi dayandırılır, onda, təbii olaraq, bu akta istinad
edən və əsaslanan tələb üçün də hüquqi əsas aradan qalxır.
Qanunda digər əsaslar da nəzərdə tutulur. Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzi-
nin ödənilməsi haqqında iddialar üzrə iddia müddəti axımının dayandırılması barədə mülki qanunvericilik xüsu-
si qayda müəyyən edir (MM-in 379-cu maddəsinin 2-ci bəndi). Bu qaydaya görə, həmin iddialar üzrə iddia
müddətinin axımı pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırı-
lır.
Göstərilən bütün hallar (əsaslar) yalnız o halda dayandırıcı qüvvəyə malik olur ki, həmin hallar iddia müd-
Dostları ilə paylaş: |