yox, baş podratçı məsuliyyət daşıyır. Baş podrat prinsipinin mahiyyəti bundan ibarətdir.
Bununla belə, quraşdırma və xüsusi xarakterli digər işlərin görülməsi ilə əlaqədar olaraq sifarişçi baş podrat-
çının razılığına əsasən üçüncü şəxslərlə (quraşdırma və ya ixtisaslaşdırılmış təşkilatlarla) müqavilə bağlaya bi-
lər. Bu cür müqavilə birbaşa (düzünə) müqavilə adlanır. Birbaşa müqavilələrin bağlanmasında baş podratçı
iştirak etmir və buna görə də baş podrat prinsipi tətbiq olunmur.
Səkkizinci tələb ondan ibarətdir ki, podratçı ona tapşırılan işi öz riski ilə (cavabdehliyi ilə) icra edir. ndi-
ki mülki qanunvericilik riskin iki növünü müəyyənləşdirir (MM-in 772-ci maddəsi). Birinci növ risk müqavilə
icra olunarkən istifadə olunan materialların, avadanlığın, emal məqsədi üçün verilən əşyaların və ya digər
ə
mlak növlərinin (taxta, sement, inşaat qurğuları, paltar üçün parça və s.) təsadüfən məhv olması və ya zədələn-
məsi ilə bağlıdır. Bu cür risk üçün məsuliyyəti müvafiq əmlakı verən tərəf daşıyır. Materialın təsadüfən
məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür (MM-in 772.2-ci maddəsi). Bu prin-
sip Roma hüququ ənənəsinə uyğun gəlir. Roma hüququna görə təsadüfi risk üçün mülkiyyətçi məsuliyyət daşı-
yırdı. Roma hüququnun bu qaydası yeni və müasir qanunvericilikdə də saxlanılmışdır. Belə ki, əmlakın təsadü-
fən məhv olması və ya təsadüfən zədələnməsi riski əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tu-
tulmayıbsa, mülkiyyətçinin üzərinə düşür (MM-in 152.10-cu maddəsi).
kinci növ risk görülmüş işin (işin nəticəsinin) təsadüfən məhv olması və ya zədələnməsi ilə bağlıdır. Bu
halda görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın nəticəsi sifarişçiyə verildiyi vaxta
Dostları ilə paylaş: |