Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış (məhdud fəaliyyət qabiliyyətli) şəxslərin bağladıqları əqdlər də
subyekt tərkibi qüsurlu olan əqdlərə aiddir (MM-in 343-cü maddəsi). Bu kateqoriya subyektlər spirtli içkilər-
dən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticə-
sində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan fiziki şəxslərdir. Onların xırda məişət əqdləri-
ni müstəqil surətdə bağlamaq hüququ vardır. Qalan digər əqdləri isə məhdud fəaliyyət qabiliyyətli şəxslər yal-
nız himayəçisinin razılığı ilə bağlaya bilərlər. Əgər onlar öz himayəçisindən razılıq almadan əmlaka dair sərən-
jam verilməsi (alqı-satqı, icarəyə və kirayəyə vermək, bağışlamaq, dəyişmək və s.) barədə əqdlər bağlayarlarsa,
onda həmin əqd etibarsız hesab edilir. Bu cür hallarda himayəçi məhkəməyə iddia verir. Məhkəmə həmin iddia-
ya baxaraq, məhdud fəaliyyət qabiliyyətli şəxsin bağladığı əqdin etibarsız sayılması barədə müvafiq qərar çıxa-
rır.
Dostları ilə paylaş: |