qd şərtinin açıq-aşkar qeyri-sərfəli olması dedikdə, əqdin zərərçəkən şəxs üçün son dərəcə əlverişsiz
şə
rtlə bağlanması başa düşülür. Bu, o deməkdir ki, əqd üzrə zərərçəkən tərəf etdiyi hərəkətin müqabilində kont-
ragentdən qeyri-bərabər, qeyri-ekvivalent, qeyri-mütənasib haqq və ya digər qarşılıqlı əvəz alır. Məsələn, öz
xəstə uşağını xarici ölkəyə müalijəyə aparmaq məqsədilə lazımi pul əldə etmək üçün ata bağ evini çox ucuz
qiymətə satır. Öz yaşayış yerindən didərgin düşmüş məjburi köçkün zəruri ərzaq məhsulları almaq üçün qızıl-
zinət şeylərini «su qiyməti»nə satır. Təxirəsalınmaz vacib məsələni həll etmək üçün vətəndaş öz qonşusundan
çox yuxarı faizə borc pul götürür.
Dostları ilə paylaş: |