2. Müddətlərin hesablanması üsulu və qaydaları
Mülki hüquqda müddətlər müxtəlif üsullar əsasında müəyyən edilir. Müddətlərin müəyyən edilmə üsulları
dedikdə, onların təyin olunduğu vasitə və qaydalar başa düşülür. Bu üsullar üç cürdür:
●
təqvim tarixi ilə müddətin təyin edilmə üsulu;
●
vaxt dövrünün (kəsiyinin) bitməsi ilə müddətin təyin edilmə üsulu;
●
hökmən baş verməli olan hadisəni göstərməklə müddətin təyin edilmə üsulu.
Təqvim tarixi ilə müddət o halda təyin edilir ki, mülki hüquq və vəzifələrin əmələ gəlməsini, dəyişməsini
və ya xitam olmasını müəyyən (dəqiq) vaxt anı ilə əlaqələndirmək lazım gəlsin (məsələn, 15 avqust 2009-cu il).
Bu üsulla müddətin təyin edilməsi halına müqavilələrdə daha tez-tez rast gəlinir. Məhkəmə qərarlarında da bu
üsuldan istifadə etməklə müddət təyin oluna bilər.
Təqvim tarixi üsulu ilə müddətlər müəyyən ayın, rübün konkret tarixi göstərilməklə də təyin edilə bilər. Mə-
sələn, kommunal və rabitə xidmətinə görə, sığorta öhdəliyi və vergiyə və s. görə vaxtaşırı ödənişlər üçün müəy-
yən ayın konkret tarixi nəzərdə tutula bilər.
Bəzi hallarda bu və ya digər vəzifənin müəyyən təqvim tarixində icra edilməsi qanunvericiliklə müəyyənləş-
dirilir. Məsələn, mənzil qanunvericiliyində müəyyən ödənişlərin həyata keçirilməsinin konkret tarixi göstərilir.
Başqa bir misalda qanun müəyyən edir ki, ömürlük renta hər təqvim ayının sonunda ödənilir (MM-in 878-ci
maddəsi).
Dostları ilə paylaş: |