§ 1. Öhdəlik hüququ mülki hüququn yarımsahəsi kimi.
Öhdəliyin anlayışı, əmələ gəlmə əsasları və növləri
1. Öhdəlik hüququnun anlayışı və predmeti
Öhdəlik hüququ mülki hüququn həcm etibarilə ən böyük və geniş yarımsahəsidir. Bu yarımsahə Azərbaycan
Respublikasının mülki hüququnun ən iri hissəsi olub, özündə Mülki Məcəllədə olan normaların yarısından ço-
xunu birləşdirir.
Hər şeydən əvvəl, qeyd edək ki, öhdəlik hüququ bir çox qabaqcıl və sivil ölkələrin milli mülki hüquq sahələ-
rinə struktur hissəsi kimi daxil olur. Fransa Mülki Məcəlləsinin (Napoleon Məcəlləsinin) üçüncü kitabı öhdəlik
hüququnun bütün məsələlərini tənzimləyir. Burada «Müqavilələr və müqavilədən əmələ gələn öhdəliklər haq-
qında ümumi müddəalar», «Müqavilədənkənar öhdəliklər», habelə ayrı-ayrı müqavilə öhdəliklərinə (alqı-satqı,
dəyişmə, kirayə, borc və digər öhdəliklərə) həsr edilmiş bölmələr vardır. Almaniya Mülki Qanunnaməsinin
ikinci kitabı «Öhdəlik hüququ» («Schuldrecht») adlanır və özündə yeddi bölməni («Öhdəliyin məzmunu»,
«Müqavilələrdən əmələ gələn öhdəliklər», «Öhdəliyin ləğv edilməsi», «Öhdəliyin ayrı-ayrı növləri» və b. böl-
mələri) birləşdirir. Həmin normalar qanunnamənin 241-853-cü paraqraflarını əhatə edir. Yaponiya MM-in III
bölməsi (399-724-cü maddələr) öhdəlik hüququna həsr edilmişdir. Bu bölmə beş fəsildən ibarətdir.
taliya Mülki Məcəlləsinin «Öhdəlik» adlanan dördüncü kitabı doqquz bölmədən ibarətdir: «Öhdəliklər haq-
qında ümumi müddəalar»; «Müqavilələr haqqında ümumi müddəalar»; «Müqavilələrin ayrı-ayrı növləri» və b.
Hollandiya Mülki Məcəlləsinin 1992-ji ildə qüvvəyə minən altıncı kitabı öhdəlik hüququnun ümumi hissəsinə
həsr edilmişdir. Beş bölmədən ibarət olan həmin kitaba daxildir: «Öhdəliklər haqqında ümumi müddəalar»;
«Müqavilələr haqqında ümumi müddəalar»; «Deliktlər» və b. Həmin məcəllənin yeddinci kitabı öhdəlik hüqu-
qunun xüsusi hissəsini təşkil edən ayrı-ayrı müqavilə öhdəliklərini (alqı-satqı, dəyişmə, borc, podrat, kirayə,
saxlanc, kənd təsərrüfatı icarəsi və s. öhdəlikləri) tənzimləyir. Qeyd etməliyik ki, mülki hüquqda öhdəlik hüqu-
qu adlı tərkib hissəsinin ayrılması kontinental Avropa (roman-german) mülki hüquq ailəsi üçün səciyyəvidir. O,
bu ölkəyə daxil olan istənilən hüquq sisteminin ən əsas bölmələrindən biridir. ngilis-amerikan (ümumi) mülki
hüquq ailəsində öhdəliyin anlayışı verilmir və onun təsnifi aparılmır. Öhdəlik hüquq münasibətləri müqavilə və
delikt hüququna daxil olan normalarla tənzimlənir. Bir sözlə desək, öhdəlik hüququ anlayışı ingilis-amerikan
(ümumi) hüquq ailəsinə məlum deyildir.
Öhdəlik hüququ Roma xüsusi hüququnda onun əsas hissəsini təşkil edirdi. Roma öhdəlik hüququ Romanın
ə
n əhəmiyyətli və mükəmməl hüquqi irsi idi. K.Marksın dili ilə desək, «Roma öhdəlik hüququ adi əmtəə - mal
mülkiyyətçiləri arasında əmələ gələn alqı-satqı, xidmət, borc və digər öhdəliklər üzrə bütün mövcud münasibət-
ləri dəqiqliklə formulə etmişdi». Bu hüquq kontinental Avropa ölkələrinin qanunvericiliyinə mühüm təsir gös-
tərmişdir. Həmin ölkələrin qanunvericiliyi Roma öhdəlik hüququnun əsas anlayışlarını qoruyub saxlamaqla on-
ları ifadə edir. Bu ölkələrin hüquq doktrinası Roma öhdəlik hüququna əsaslanmaqla öz mülki hüquqlarının mər-
380
kəzi bölməsi və sivilistika elminin bvşlıca obyekti olan öhdəlik hüququnu yaratmışdır.
Roma hüququ və kontinental Avropa ölkələrinin qanunvericilik ənənələrinə uyğun olaraq, Azərbaycan Res-
Dostları ilə paylaş: |