2. Qanunun analogiyası
Elə hallar yaranır ki, mülki hüquqla tənzimlənməli olan konkret ictimai münasibəti nizama salmaq üçün mü-
vafiq hüquq norması olmur. Belə vəziyyətdə həmin münasibəti tənzimləmək üçün bu münasibətə oxşar olan
münasibəti qaydaya salan hüquq normasından istifadə olunur. Oxşar münasibəti qaydaya salan həmin norma
tətbiq edilir və bununla nizamlanması tələb edən müvafiq ictimai münasibət tənzimlənir. Bu cür operativ üsula
qanunun analogiyası deyilir.
Dostları ilə paylaş: |