təmin edilir, bazar istehlakçının ehtiyacı olduğu mallarla doldurulur. Müqavilə vasitəsilə subyekt, artıq və ya
ona lazım olmayan əmlak növlərini özgəninkiləşdirir, bunun müqabilində pul ekvivalenti və ya natural formada
zəruri olan əmlak alır.
Müqavilənin dördüncü əhəmiyyəti mülki (əmlak) dövriyyə, bazar münasibətlərinin inkişafı ilə bağlıdır. Bu
sahədə müqavilədən əsas hüquqi tənzimetmə alət və vasitələrindən biri kimi istifadə olunur. Belə ki, bazar iqtisa-
diyyatı şəraitində, habelə əmtəə-pul münasibətlərindən istifadə şəraitində istehsal olunan məhsullar (yəni mal, iş
və xidmətlər) əmtəəyə çevrilir. Ona görə ki, onlar satılmaq (realizə edilmək) üçün istehsal olunur. Məhsulun reali-
zəsi isə onu pula və ya başqa mala dəyişmək və mübadilə etmək yolu ilə həyata keçirilir. Müqavilə bu cür müba-
dilənin obyektiv cəhətdən zəruri və əsas hüquqi formasıdır.
Müqavilənin beşinji əhəmiyyəti ondan ibarətdir ki, o, sahibkarlıq fəaliyyətinin tənzimlənməsində mü-
hüm rol oynayır. Sahibkarlıq fəaliyyəti və bu fəaliyyətdə hər hansı bir kommersiya təşkilatının (sahibkar sta-
tuslu vətəndaşın) iştirakı möhkəm müqavilə bazası olmadan həyata keçirilə bilməz. Müqavilə sahibkarların
müxtəlif iqtisadi əlaqələrinin əsas hüquqi forması kimi çıxış edir. Hər bir kommersiya təşkilatının və sahibkar
statuslu vətəndaşın həyata keçirdiyi normal sahibkarlıq fəaliyyətində müqavilə mərkəzi yer tutur. Onlar öz fəa-
liyyəti prosesində qanuna zidd olmayan istənilən müqavilə bağlaya bilərlər.
Müqavilənin altıncı əhəmiyyəti ondan ibarətdir ki, o, əqli mülkiyyət obyektlərinin, yəni əsərlərin, ixtirala-
rın, faydalı modellərin, sənaye nümunələrinin, əmtəə nişanlarının və s. yaradılması və istifadə olunması ilə
Dostları ilə paylaş: |