vəzsiz müqavilələr odur ki, bu müqavilələrdə bir tərəfin etdiyi hərəkətə görə digər tərəfdən haqq və ya di-
gər qarşılıqlı əvəz alması nəzərdə tutulmur. Bu cür müqavilələrdə bir tərəfin digər tərəf üçün hər hansı bir hərə-
kət etməsi (əmlak verməsi, iş görməsi, xidmət göstərməsi) qarşı tərəfdən heç bir javab xidməti ilə şərtləndiril-
mir. Əvəzsiz müqavilələrin dairəsi olduqca məhduddur. Bu cür müqavilələrə bağışlama müqaviləsini və əvəzsiz
istifadə (ssuda) müqaviləsini misal göstərmək olar. Onlar qədim Roma hüququ dövründən bəri əvəzsiz müqavi-
lənin klassik növləri hesab olunur. Bütün hallarda istisnasız olaraq, bu müqavilələr əvəzsiz müqavilə növünə
aid edilir.
Bununla bərabər, elə müqavilələr vardır ki, onlar həm əvəzli, həm də əvəzsiz ola bilər. Bu cür müqavilələrə
tapşırıq, borc, saxlama kimi hüquqi konstruksiyaları misal göstərmək olar. Borc müqaviləsinin əvəzli və ya
ə
vəzsiz olması tərəflərin razılığı ilə müəyyən edilir (MM-in 741-ji maddəsi). Tapşırıq müqaviləsinin əvəzli və
ya əvəzsiz olması da tərəflərin sazişindən asılıdır. Əgər tapşırıq müqaviləsində vəkalət verənin tapşırığın icrası
müqabilində vəkalət alana haqq ödəməsi nəzərdə tutularsa, belə halda əvəzli tapşırıq müqaviləsindən söhbət ge-
də bilər. Yox, əgər tapşırığın yerinə yetirilməsinin əvəzində haqq verilməsi müəyyənləşdirilməzsə, onda tapşı-
rıq müqaviləsi əvəzsiz olur. ki halda tapşırıq müqaviləsi istinasız olaraq əvəzli olur: birinjisi, haqq verilməsi
hamılıqla qəbul edilmiş adət normasına çevrildiyi hallarda (məsələn, hamıya bəllidir ki, sahibkarlıq fəaliyyəti
ilə bağlı olan tapşırığın icrası müqabilində hökmən haqq ödəniləjəkdir); ikincisi, vəkalət alan tapşırığı müstəqil
peşə fəaliyyəti formasında icra etdiyi hallarda (məsələn, hamıya bəllidir ki, vəkillər, patent müvəkkilləri tapşırı-
ğ
ı yalnız haqq almaqla icra edə bilər).
Mülki qanunvericilik mülki-hüquqi müqavilələrin əvəzlilik prezumpsiyasını müəyyən edir (MM-in 397-ji
maddəsinin 3-cü bəndi), yəni müqavilədə onun əvəzli olması barədə şərtin göstərilməsindən asılı olmayaraq,
ə
ksi sübut edilənədək o, əvəzli müqavilə sayılır. Bu, o deməkdir ki, əgər müqavilədə onun əvəzsiz olması barə-
də konkret göstəriş yoxdursa, həmin müqavilə əvəzli müqavilə kateqoriyasına aid olunur. Məsələn, tapşırıq mü-
qaviləsində müqavilənin qiyməti, yəni vəkalət alana onun göstərdiyi xidmətə görə ödəniləjək haqq barədə şərt
göstərilmir. Deməli, o, əvəzli müqavilədir. Belə halda haqqın məbləğini müəyyən etmək üçün mülki
qanunvericiliyin müəyyən etdiyi qaydadan istifadə etmək lazımdır (MM-in 398-ji maddəsinin 3-cü bəndi). Bu
qaydaya görə, vəkalət alana pul müqayisəyə gələ bilən oxşar xidmət üçün, adətən, alınan qiymət üzrə ödənilir.
Bəzi hallarda həmişə əvəzli müqavilələr kimi çıxış edən müqavilələr üzrə (alqı-satqı, icarə, daşıma, podrat,
kirayə və s. kimi müqavilələrdə) tərəflər razılığa gəlirlər ki, müvafiq tərəf öz vəzifəsinin icrası müqabilində qar-
ş
ı tərəfdən haqq almasın. Məsələn, alıcı və satıcı razılığa gəlirlər ki, satıcı verdiyi əşyaya görə alıcıya haqq ödə-
məsin. Bu halda müqavilə bağışlama müqaviləsinə çevrilir. Əşya həmin müqavilənin predmeti kimi çıxış edir.
Başqa misalda dpşıyıcı və yük göndərən daşıma müqaviləsində belə bir şərt nəzərdə tuturlar ki, daşıma xidməti-
nə görə dpşıyıcı daşıma haqqı almasın. Belə halda daşıma müqaviləsi bağışlama müqaviləsinə çevrilir. Xidmət
bu müqavilənin predmeti olur. Kirayə, icarə, podrat və s. müqavilələr də əvəzsiz olduqda, bağışlama müqavilə-
sinə çevrilir. Bu, o deməkdir ki, əvəzsiz alqı-satqı, daşıma, kirayə, icarə, podrat və s. müqavilələrinin mövcud
olması mümkün deyil.
Dostları ilə paylaş: |