Microsoft Word mulki huquq doc


yetirilməsi üçün müvafiq h



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1359/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1355   1356   1357   1358   1359   1360   1361   1362   ...   1820
yetirilməsi üçün müvafiq hərəkətlər edilməsi aksepti ifadə edir. Bu cür hərəkətlərin aksept kimi tanınması 

üçün vacibdir ki, o, aksept üçün müəyyənləşdirilmiş müddətdə icra edilsin. Göstərilən hərəkətlərin dairəsi kifa-

yət  qədər  genişdir:  malları  yola  salmaq;  xidmətlər  göstərmək;  işlər  görmək;  müvafiq  məbləği  ödəmək  və  s. 

üçün hərəkətlər edilməsi. Məsələn, dəmir-beton məmulatı (DBM) müəssisəsi sement istehsal edən müəssisəyə 

ona sement göndərmək barədə müqavilə bağlamaq təklifi ilə müraciət edir. Sement müəssisəsi təklifi (ofertanı) 

alan kimi vaqonlarda dəmir yolu vasitəsilə kifayət qədər sement göndərir. Onun etdiyi bu cür hərəkət aksepti 

ifadə edir. Tərəflərin münasibəti isə müqavilə münasibəti hesab olunur. Alıcı, yəni DBM müəssisəsi ödənişi ge-

jikdirərsə və ya verməzsə, o, müqavilə öhdəliyinin pozulmasına görə məsuliyyət daşıyır. 

Beləliklə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə 

şə

rtlərini yerinə yetirmək üçün hərəkətlər etməsi aksept sayılır (MM-in 409-cu maddəsinin 4-cü bəndi). Buna 



konklyudent hərəkətlər deyilir. Göstərilən bu qayda dispozitiv xarakter daşıyır. Belə ki, ofertada ayrı qayda nə-

zərdə tutula bilər.  

Bununla belə, təklifi alan şəxsin faktiki hərəkətləri də aksept sayıla bilər. Təklif ümumi oferta formasında 

ifadə edildiyi hallarda, alıcı ödənişi həyata keçirməklə faktiki hərəkətlər edir. Məsələn, satış yerində (piştaxta-

larda, vitrinlərdə və s.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara da-

ir məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və s.) təqdim edilməsi ümumi oferta sayı-

lır. Alıcı malı alarkən onun pulunu ödəyir və təklifi aksept edir. Qarşı tərəfin müqavilə üzrə hərəkətləri də ak-

sept hesab edilə bilər. Məsələn, vətəndaşın avtobusda bilet alması, qonağın mehmanxanada qalması üçün qəbz 

alması və s. aksept kimi qəbul edilir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1355   1356   1357   1358   1359   1360   1361   1362   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin