lərin sazişindən (yəni oferentin aksepti almasından) əlavə, əmlakın verildiyi andan bağlanmış sayılır. Belə ki,
real müqavilələrin bağlanması üçün oferentlə akseptantın təkjə müqavilənin şərtləri barədə razılığa gəlmələri və
sazişi yetərli deyildir. Müqavilənin bağlanmış hesab edilməsi üçün həm də zəruridir ki, müvafiq tərəf müqavilə-
nin predmeti olan əmlakı digər tərəfə versin. Əmlak həmin tərəfə verildiyi andan müqavilə bağlanmış hesab
ma, saxlama, bank əmanəti və renta müqavilələri real müqavilə sayılır. Bu müqavilələrin bağlanması üçün qeyd
etdiyimiz kimi, oferta göndərmiş şəxsin onun akseptini alması kifayət etmir; bunun üçün həm də eyni zamanda
tələb edilir ki, tərəflərdən biri müvafiq əmlakı digər tərəfə versin (məsələn, yükdaşıma müqaviləsi üzrə yük
437
göndərən yükü dpşıyıcıya, saxlama müqaviləsi üzrə saxlanca verən şəxs əmlakı saxlayıcıya, bank əmanəti mü-
qaviləsi üzrə əmanətçi pulu banka və s. təhvil verməlidir). Oferta göndərmiş şəxsin onun akseptini aldığı andan
yox, məhz əmlakın verildiyi andan real müqavilə bağlanmış hesab edilir; həmin andan tərəflər üçün hüquq və
vəzifələr əmələ gəlir. Məsələn, saxlama müqaviləsi üzrə əmlakı saxlamaq və onu sahibinə qaytarmaq kimi vəzi-
fələr əmlak saxlayıcıya verildiyi andan yaranır; bank əmanəti müqaviləsi üzrə pulu əmanətçiyə geri qaytarmaq
vəzifəsi pul banka təhvil verildiyi andan əmələ gəlir.
Roma hüququ dövründən bəri real müqavilələr müvafiq əmlak verildiyi andan bağlanmış sayılır. Xarici öl-
kələrin müasir mülki hüququ da məsələyə bu cür yanaşır Özü də müqavilənin real müqavilə şəklində bağlan-
Dostları ilə paylaş: