Müqavilənin qüvvədə olma müddəti tərəflərin sazişi və razılığı ilə müəyyən edilir. Bu müddət konkret təq-
vim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və s. hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müqavilə
həm də qeyri-müəyyən müddətə bağlana bilər. Tərəflər müqavilədə nəzərdə tuta bilərlər ki, o, qeyri-müəyyən
müddətə bağlanır. Ticarət agenti, tapşırıq, icarə, kirayə, əvəzsiz istifadə, borc və digər müqavilələr müddətsiz
(yəni qeyri-müəyyən müddətə) bağlana bilər.
Müqavilənin hüquqi qüvvəyə minməsi tərəflər üçün hüquq və vəzifələr yaradırsa, müqavilənin qüvvədə olma
müddətinin başa çatması isə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Tərəflərin müqavilə üzrə
öhdəlikləri müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə yalnız o halda ləğv edilə bilər ki, bu, tərəflərin
razılığı ilə müqavilədə nəzərdə tutulsun. Lakin bu cür razılıq müqavilədə nəzərdə tutulmaya da bilər. Belə halda
müqavilənin qüvvədə olma müddətinin bitməsi və qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin avtomatik
olaraq ləğv edilməsinə səbəb olmur. Belə ki, müqavilədən irəli gələn hər hansı bir vəzifə (öhdəlik) lazımınja icra
edilməsə, müvafiq tərəf müqavilənin qüvvədə olma müddətinin başa çatmasına baxmayaraq, həmin vəzifəni icra
etməyə borcludur. Məsələn, elə hesab edək ki, yaşayış evinin tikintisi üzrə podrat müqaviləsi bir il müddətinə
bağlanmışdır. Bir il tamam olan kimi podrat müqaviləsinin qüvvədə olma müddəti başa çatır. Lakin podratçı mü-
qavilə qüvvədə olma müddətinin başa çatmasına baxmayaraq, yaşayış evini tikib qurtarmır. Belə halda, podratçı
evi tikib sifarişçiyə təhvil vermək vəzifəsini daşıyır. O, bu vəzifəni yerinə yetirənə kimi podrat müqaviləsi qüvvə-
də olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə
olur (MM-in 399-cu maddəsinin 3-cü bəndi).
Ümumi qayda belədir ki, tərəflər müqavilənin qüvvədə olma müddəti bitənədək müqavilə üzrə öhdəliklərini
lazımınja icra edirlər. Belə halda öhdəliyin lazımınja icra edilməsi anı ilə müqavilənin qüvvədə olma müddəti-
nin başa çatması məqamı bir-birinə uyğun gəlib üst-üstə düşür. Göstərilən vəziyyətdə müqavilənin qüvvədə ol-
ma müddətinin başa çatması avtomatik olaraq müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verir (şübhəsiz ki,
hər hansı bir şərtdən asılı olmayaraq).
Nəhayət, müqavilənin qüvvədə olma müddətinin başa çatması avtomatik olaraq həmin müqavilədən irəli gə-
lən öhdəliklərin pozulmasına görə tərəfləri məsuliyyətdən azad etmir. Özü də dərhal qeyd etməliyik ki, tərəflər
müqavilənin qüvvədə olma müddəti bitənədək yol verdikləri pozuntulara görə məsuliyyət daşıyırlar (MM-in
399-cu maddəsinin 4-cü bəndi). Məsələn, mal göndərmə müqaviləsi üzrə mal göndərən (satıcı) müqavilənin
qüvvədə olma müddətinin qurtarmasından sonra da satılmış malların qüsurlarına görə alıcılar qarşısında məsu-
liyyət daşıyır.
Dostları ilə paylaş: |