dördüncü əsasıdır (MM-in 422-ji maddəsi). Tərəflər, bir qayda olaraq, müqavilə öhdəliklərini yerinə yetirməyə
borcludurlar. Müqavilənin icrası onlar üçün məcburidir. Lakin müqavilə bağlanarkən tərəflərin əsas kimi götür-
dükləri şərait mühüm dərəjədə dəyişə bilər. Axı, yaşadığımız həyat qabaqjadan müəyyən edilməsi, habelə gö-
rünməsi mümkün olmayan qeyri-adi, təsadüfi, mənfi nəticələrə gətirib çıxaran hadisə və hallarla doludur. Bu
cür həyati hallara təbii fəlakəti, hərbi əməliyyatları, səlahiyyətli dövlət hakimiyyəti orqanlarının aktlarını, bağ-
lanmış müqavilənin icrasının əvvəljə nəzərdə tutulduğundan və müəyyənləşdirildiyindən daha çox xərclər tələb
etməsini, inflyasiyanı və s. misal göstərmək olar. Şübhəsiz ki, mövcud olan həmin faktlar müqavilə iştirakçıları-
na onların öz müqavilə öhdəliklərini tamamilə və qismən icra etmələrinə imkan vermir. Bu faktların obyektiv
olaraq təsir göstərməsi nəticəsində şərait mühüm (əhəmiyyətli) dərəjədə dəyişir. Bu isə, öz növbəsində, artıq
müqavilə bağlayan tərəflərin əmlak (maddi) mənafeyinin tarazlığını və balansını pozur. Bu cür hal müqavilənin
dəyişdirilməsini və ya ləğv edilməsini zərurətə çevirir. Ona görə də şəraitin dəyişməsi nəticəsində özünün mə-
nafe balansı pozulan tərəf bağlanmış müqavilənin həmin şəraitə uyğunlaşdırılmasını, yəni dəyişdirilməsini və
ya ləğv edilməsini qarşı tərəfdən tələb edir. Özü də şəraitin yalnız mühüm dərəjədə dəyişməsi həmin tərəfə bu
cür hüquq verir. Şəraitin dəyişməsini mühüm dərəjədə dəyişmə hesab etmək üçün iki əlamətdən birinin olması
bu cür dəyişməni tərəflər əvvəljədən görə bilsəydilər, müqaviləni, ümumiyyətlə, bağlamazdılar;
bu cür dəyişməni tərəflər əvvəljədən görə bilsəydilər, müqaviləni mühüm və xeyli dərəjədə fərqlənən şərt-
443
lərlə bağlayardılar.
Göstərilən hallardan biri olduqda, tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə dəyişdirilir və ya ləğv edilir.
Ə
gər tərəflər razılığa gəlməsələr, maraqlı tərəf məhkəməyə müraciət edir. Məhkəmə müqavilənin ləğv edilməsi
barədə qərar qəbul edir. Məhkəmənin bu cür qərar çıxarması üçün, yəni maraqlı şəxsin tələbini və iddiasını tə-
min etmək üçün dörd şərtin olması vacibdir:
●
birinjisi, müqavilə bağlanarkən tərəflər ümid və güman etmişlər ki, şərait bu cür dəyişməyəjəkdir;
●
ikincisi, şəraitin dəyişməsini doğuran səbəbləri maraqlı tərəfin özündən asılı olan bütün zəruri tədbirləri
görməsinə baxmayaraq, aradan qaldıra bilməməsi, yəni şəraitin dəyişməsini əmələ gətirən səbəblərin qar-
ş
ısının alınmasında maraqlı tərəfin təqsirinin olmaması;
●
üçüncüsü, müqavilənin əvvəlki şərtlərlə, yəni onun şərtlərini dəyişdirmədən icra edilməsi tərəflərin müqa-
viləyə uyğun əmlak mənafeləri nisbətini pozması və maraqlı tərəfə zərər vurmasının güman edilmə-
si, habelə zərərin vurulması ilə maraqlı tərəfin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli
dərəjədə məhrum olmasının ehtimal edilməsi;
●
dördüncüsü, şəraitin dəyişməsi risqinə görə maraqlı tərəfin məsuliyyət daşımaması (bu, işgüzar adətlər-
dən və ya müqavilənin mahiyyətindən irəli gəlir).
Bu dörd şərt eyni vaxtda və bütövlükdə məjmu halında məhkəmənin müqavilənin ləğv edilməsi haqqında
qərar qəbul etməsinə əsas verir. Məhkəmə şəraitin mühüm dərəjədə dəyişməsi əsasında müqavilənin dəyişdiril-
məsi haqqında qərar da çıxara bilər. Bunun üçün yuxarıda göstərilən məjmu halında dörd şərtdən savayı, həm
də əlavə şərtlərdən birinin olması vacibdir:
●
müqavilənin ləğvinin ictimai mənafelərə zidd olması;
●
müqavilənin ləğvinin tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri
olan xərclərdən çox zərər vura bilməsi.
Birinji halda ictimai mənafe əsas götürülür. Məsələn, məktəb tikintisi və ya xəstəxananın tikintisi üzrə
podrat müqaviləsini, şübhəsiz ki, məhkəmə ləğv edə bilməz. Bu, ictimai mənafeyə ziddir. O, yalnız həmin
müqavilənin dəyişdirilməsi haqqında qərar qəbul edə bilər. kinci halda isə hər iki tərəfin əmlak mənafeyi
ə
sas götürülür, yəni müqavilənin ləğv edilməsi onların maddi mənafeyinə zərər vurur.
Dostları ilə paylaş: