Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi üzrə hərəkətlər hüquqi faktdır. Bu fakt nəticəsində müqavilə
üzrə tərəflərin hüquq və vəzifələri dəyişir və ya onlara xitam verilir. Deməli, müqavilənin dəyişdirilməsi və ya
445
dəyişikliyə uyğun gəlir. Başqa sözlə desək, müqavilədə edilən dəyişiklik hissəsində həmin müqavilədən irəli
gələn öhdəliyin məzmunu dəyişir. Lakin bu halda öhdəlik saxlanılır. O, yalnız dəyişdirilmiş şəkildə mövcud ol-
maqda davam edir. Deməli, müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır
(MM-in 424-cü maddəsinin 1-ji bəndi). Məsələn, mal göndərmə müqaviləsinə görə, alıcıya birinji növ mal ve-
rilməsi nəzərdə tutulur. Müqavilə icra olunmamış tərəflər razılığa gəlirlər ki, alıcıya birinji növ yox, ikinci növ
mal göndərilsin, yəni müqavilə dəyişdirilsin. Bu halda müqavilənin yalnız bir şərti, yəni növ haqqında şərti də-
yişilir. Onun digər şərtləri (çeşid, say, tara, qablaşdırma və s.) isə əvvəlki kimi saxlanılır, yəni dəyişilmir. Buna
uyğun olaraq, növ haqqında şərtdən başqa, tərəflərin digər öhdəlikləri olduğu kimi saxlanılır, dəyişmir.
Müqavilənin ləğv edilməsinə gəldikdə isə göstərmək lazımdır ki, bununla tərəflərin öhdəliklərinə xitam
verilir (MM-in 424-cü maddəsinin 2-ji bəndi). Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan
hüquqdan məhrum olurlar və həvalə edilmiş vəzifəni daşımaqdan azad edilirlər. Məsələn, tikinti təşkilatı (pod-
ratçı) ilə bağ evi tikmək barədə sahibkar (sifarişçi) arasında podrat müqaviləsi bağlanır. Tərəflərin razılığı ilə
podrat müqaviləsi ləğv edilir. Bu isə tərəflərin bağ evi tikmək, tikilən evin pulunu ödəmək və s. öhdəliklərinə
xitam verilməsinə səbəb olur.
Müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsinin ikinci hüquqi nəticəsi ondan ibarətdir ki, müqavilə-
Dostları ilə paylaş: