islahatın əsasları haqqında» (1995), «Sovxoz və kolxozların islahatı haqqında» (1995), «Torpaq islahatı
haqqında» (1996) və digər qanunlarında rast gəlmək olur.
Ə
qli mülkiyyətə əsaslanan müstəsna hüquqların verilməsi qaydası «Müəlliflik hüququ və əlaqəli hüquq-
lar haqqında» AR Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsi müəllifin əsərin nüsxələrini hər
hansı üsulla satmaq kimi müstəsna hüququnu ifadə edir ki, bu hüquq alqı-satqı müqaviləsi ilə yox, müəllif mü-
qavilələri ilə həyata keçirilir. Lakin əsərlərin maddi daşıyıcıları (obyektləri), məsələn, kitablar alqı-satqı vasitə-
silə satılır. Qanunun 34-cü maddəsinə görə fonoqram nüsxələri satılmaqla mülki dövriyyəyə buraxıla bilər. Bu
münasibətlər alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
Dostları ilə paylaş: |