kəmli sovet sivilist alimi O.S. offe alqı-satqı müqaviləsinin obyektləri anlayışını üç mənada işlədirdi: alqı-satqı
dedikdə satılan əmlak və ona görə ödənilən pul məbləği, hüquqi obyektləri dedikdə tərəflərin əmlakın verilmə-
sinə və pulun ödənilməsinə yönələn hərəkətləri, iradəvi obyektləri dedikdə isə alıcı və satıcı arasında əmələ gə-
lən münasibətləri tənzimləyən qanunvericiliyin müəyyən etdiyi hədlərdə onların fərdi iradəsi başa düşülür.
Qüvvədən düşmüş 1964-cü il MM-in 228-ci maddəsində satıcının alıcıya verdiyi maddi nemət barəsində
455
ə
mlak anlayışı işlədilirdi. RF-in yeni MM-də alqı-satqı müqaviləsinə görə satıcının alıcının mülkiyyətinə əşya
(mal) verməyi öhdəsinə götürməsi nəzərdə tutulur (454-cü maddə). Müəlliflərdən bəziləri satıcının alqı-satqı
müqaviləsi əsasında alıcının mülkiyyətinə verdiyi əmlakı mal kimi xarakterizə edir. Müəlliflərdən bəzisi elə he-
sab edir ki, alqı-satqı müqaviləsindən əmələ gələn hüquq münasibətlərində iki növ obyekt çıxış edir: borclu şəx-
sin etdiyi hərəkətlər; bu hərəkət nəticəsində veriləsi olan əşya. Müəlliflərdən V.V.Vitryanski satıcının malı
alıcının mülkiyyətinə verilməsinə yönələn və alıcının bu malı qəbul edib onun qiymətini ödəməsinə yönələn hə-
rəkətlərini alqı-satqı müqaviləsinin predmeti hesab edir. Bir çox alimlərə görə isə alqı-satqı müqaviləsinin pred-
metini əmlak (mal), əşya (mal) təşkil edir. Fransa alimi L.Moranderə görə alqı-satqı müqaviləsinin predmetini
əş
yadan başqa, həm də əşyanın qiyməti təşkil edir.
Bizim fikrimizjə, alqı-satqı müqaviləsinin predmetini həm insan, həm də təbiət tərəfindən yaradılan,
xarici
Dostları ilə paylaş: