2.5. Əşyanın hissə-hissə ödənilməsi
Əş
yanın hissə-hissə ödənilməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əşyanın nisyə satışının xüsusi halıdır.
Əş
yanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər (MM-in 601.1-ci
maddəsi). Bu cür müqaviləyə hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə deyilir.
Bu müqavilədə müqavilənin predmeti ilə yanaşı, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məb-
ləğləri onun mühüm şərti hesab olunur. Bu, onun spesifik xüsusiyyətidir. Ona görə də həmin şərtlərin müqavi-
lədə göstərilməsi məcburi olaraq zəruri və vacibdir, əks təqdirdə, bu, müqavilənin bağlanmamış sayılmasını
şə
rtləndirir. Müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı, əş-
yanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM-in 601.1-ci maddə-
si). Məsələn, müqavilədə göstərilir ki, alıcı qiyməti 1200 manat olan malın pulunu 1 il ərzində, hər ayın sonun-
da 100 manat ödəməklə verməlidir. Alıcı malın pulunu bir dəfədə yox, hissə-hissə aybaay və s. ödəməlidir.
Hissə-hissə ödənmə şərti malın nisyə satılması haqqında müqavilənin xüsusi halı olduğuna görə bu iki mü-
qavilənin hüquqi tənzimlənməsinə analoji qaydalar tətbiq edilir.
Göstərilən həmin qaydalar MM-in 600.2 - 600.5-ci maddələrində nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |