istənilən fiziki və hüquqi şəxs çıxış edə bilər. Məsələn, yaşayış otaqlarının kirayəsi müqaviləsinin bağlanılma-
sında kirayəçi kimi vətəndaş iştirak edir. Rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayə müqaviləsini (fraxtet-
mə müqaviləsini) kirayəçi kimi adətən hüquqi şəxslər bağlayır. Roma hüququ kirayəçini «conductor» adlandı-
rırdı.
Ə
mlak kirayəsi münasibətlərinin möhkəm olması üçün qanun tərəflər dəyişərkən əmlak kirayəsi müqa-
viləsinin öz qüvvəsini saxlaması haqqında qayda müəyyən edir (MM-in 699.1-ci maddəsi). Bu qaydanın ma-
hiyyəti ondan ibarətdir ki, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə
verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçə bilər. Belə halda mülkiyyət hüququnu əldə etdiyi andan hə-
min üçüncü şəxs kirayə verəni əvəz edərək kirayə hüquq münasibətindən irəli gələn bütün hüquq və vəzifələrə
malik olur. Yeni mülkiyyətçinin müqavilənin qüvvədə olma müddəti qurtarana kimi müqavilənin şərtlərini də-
yişdirməyə və ya kirayəyə verilən əşyanı geri qaytarmağa ixtiyarı yoxdur.
Müqavilə kirayəçi dəyişdiyi halda da öz qüvvəsini saxlaya bilər. Bu hal yalnız universal hüquq varis-
Dostları ilə paylaş: |