Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1622/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1618   1619   1620   1621   1622   1623   1624   1625   ...   1820
4. Lizinqin beynəlxalq-hüquqi tənzimlənməsi 

Beynəlxalq ticarət dövriyyəsində lizinqdən geniş istifadə olunması onun beynəlxalq-hüquqi tənzimlənməsini 

zərurətə çevirdi. Bununla yanaşı, lizinq fəaliyyətinin bir sıra ölkələrdə həyata keçirilməsi, beynəlxalq əməkdaş-

lıq sahəsində tətbiq edilməsi və ayrı-ayrı dövlətlərdə hüquqi tənzimetmədə fərqlərin olması beynəlxalq lizinq 

haqqında qaydaların unifikasiya olunmasını tələb edirdi. Odur ki, UN DRUA (Xüsusi Hüququn Unifikasiyası 

üzrə Beynəlxalq  nstitut) tərəfindən beynəlxalq maliyyə lizinqi haqqında konvensiyanın layihəsi hazırlandı. 

Layihənin hazırlanmasında Avropa Lizinq Təşkilatı da iştirak etmişdi. 1988-ci il 28 may tarixində Ottava şəhə-

rində (Kanada) 55 dövlətin iştirak etdikləri diplomatik konfransda (lizinq üzrə beynəlxalq konfransda) konven-

siya qəbul olundu. Konvensiya 13 dövlət tərəfindən imzalansa da yalnız 9 dövlət (Fransa,  taliya, Nigeriya, Be-

larus, RF, Latviya, Majarıstan, Özbəkistan və Panama) tərəfindən ratifikasiya olunmuşdur. Konvensiya 1 may 

1995-ci  il  tarixindən  qüvvəyə  minmişdir.  Azərbaycan  Respublikası  konvensiyanın  iştirakçısı  deyildir.  Lakin 

konvensiyanın üzvü olmaq bizim ölkə üçün vacib məsələdir.  

Konvensiya 3 fəsil,  25 maddədən ibarətdir. I fəsil (1-6-cı maddələr)  konvensiyanın tətbiq sferasına və ümu-

mi müddəalara həsr olunmuşdur. II fəsil (7-14-cü maddələr) tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. 

«Yekun müddəalar» adlı III fəsil özündə 15-25-ci maddələri birləşdirir. Beynəlxalq lizinqi məhdudlaşdıran hü-

quqi maneələri aradan qaldırmaq konvensiyanın əsas məqsədi sayılır.  

Konvensiya beynəlxalq kommersiya münasibətinin ən mürəkkəb növlərindən biri olan beynəlxalq lizinq sa-

həsində maddi-hüquqi normaları unifikasiya edir, bu sahədə eyni və vahid hüquqi recim müəyyənləşdirir. Kon-

vensiya  beynəlxalq  maliyyə  lizinqinin  xarakterik  əlamətlərini  də  göstərir.  Burada  beynəlxalq  maliyyə  lizinq 

müqaviləsinə anlayış verən, bu müqavilənin elementlərini tənzimləyən müvafiq normalar nəzərdə tutulmuşdur. 

Konvensiyaya görə, lizinqin beynəlxalq maliyyə lizinqinə aid edilməsi üçün lizinq alan və lizinq verənin müx-

təlif ölkələrdə olması tələb edilir. Konvensiya eyni bir ölkədə olan tərəflər arasındakı lizinq münasibətlərini tən-

zim etmir. Konvensiya həm də əsasən şəxsi, ailə və ya ev məqsədləri üçün istifadə olunan əmlakın istifadəyə 

verilməsi ilə bağlı yaranan münasibətlərə tətbiq edilmir. Onun nizamasalma predmetinə yalnız o lizinq əqdləri da-

xil ola bilər ki, həmin əqdlər sahibkarlar arasında bağlansın və kommersiya dövriyyəsi çərçivəsində realizə olun-

sun. Deməli, konvensiya adi icarəyə, habelə istehlak məqsədləri üçün icarəyə tətbiq edilmir.  

Beynəlxalq səviyyədən başqa, lizinq həm də ayrı-ayrı ölkələrin daxili qanunvericiliyi çərçivəsində tənzimlə-

nir. Qeyd edək ki, xarici dövlətlərin çoxunda lizinqin tənzimlənməsinə həsr olunan xüsusi qanunvericilik aktı 

qəbul edilməmişdir. Bu, xarici ölkələrdə lizinqi hüquqi tənzimetmənin xarakterik cəhətidir. Məsələn, lizinqin ən 

çox inkişaf etdiyi ABŞ-da lizinq barədə xüsusi qanunvericilik aktı yoxdur. Ona görə də bu ölkədə lizinq müna-

sibətləri əsasən vergini və xüsusi hüququn ayrı-ayrı məsələlərini tənzimləyən aktlardakı normalarla qaydaya sa-

lınır.  Amma  bəzi  ölkələrdə  lizinqin  tənzimlənməsinə  həsr  olunan  xüsusi  aktlar  qəbul  olunmuşdur.  Məsələn, 

Fransada lizinq münasibətləri xüsusi qanunla tənzimlənir ki, həmin qanun 1966-cı ildə qəbul olunmuşdur. Bel-

çikada da lizinqə həsr olunan xüsusi akt qüvvədədir ki, həmin akt 1967-ci ildə qüvvəyə minmişdir; bu akt lizinq 

fəaliyyəti ilə məşğul olan müəssisələrin hüquqi vəziyyətini müəyyənləşdirir.  

RF-də 1998-ci ildə lizinq barədə xüsusi qanun qəbul edilmişdir. Bu qanunda lizinqi hüquqi və təşkilati-iqti-

sadi  əsasları  müəyyən  olunmuşdur.  Həmin  qanun  bu  ölkədə  lizinq  münasibətlərini  tənzimləyən  əsas  nomativ 

aktdır. Digər ölkələrdə lizinqi tənzimləmək üçün ayrı-ayrı mülki-hüquqi müqavilələr (alqı-satqı, icarə, kirayə, 

kredit və borc müqavilələri) barədə normalar, habelə ticarət adətləri və məhkəmə praktikası tətbiq olunur. O ki 



 

508


qaldı Azərbaycan Respublikasına, qeyd etməliyik ki, bizim ölkəmizdə də 1994-cü ildə «Lizinq haqqında» qa-

nun qəbul olunmuşdu; indi həmin qanun qüvvədən düşmüşdür. Buna görə də lizinq münasibətləri əsasən Mülki 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1618   1619   1620   1621   1622   1623   1624   1625   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin