yən bir əşyanın (məmulatın) hazırlanmasını nəzərdə tutur. Özü də bu müqavilələr bağlandığı anda müqavilə-
nin predmeti olan obyektlərin mövcudluğundan və varlığından söhbət gedə bilməz. Həmin obyektlər tərəf-
lər müqavilə münasibətlərinə girdikdən sonra, nejə deyərlər, gələjəkdə hazırlanır. Həm mal göndərmə müqa-
viləsində, həm də podrat müqaviləsində müqavilənin bağlanma vaxtı ilə icra vaxtı arasında xeyli müddət olur,
yəni göstərilən müddətlər üst-üstə düşmür. Lakin bunlar arasında şübhəsiz ki, mühüm fərqlər də vardır. Ən bi-
rinci fərq ondan ibarətdir ki, mal göndərmə müqaviləsi üzrə əşya bütün hallarda yalnız mal göndərənin (hazırla-
yanın) materiallarından (xammaldan) hazırlanır. Podrat müqaviləsi üzrə isə əşya həm sifarişçinin, həm də pod-
ratçının materiallarından hazırlana bilər. Lakin təjrübədə elə mal göndərmə münasibətlərinə rast gəlmək olur ki,
bu münasibətlərə görə müqavilənin predmetini hazırlamaq üçün materialın (xammalın) bir hissəsini alıcı verir.
Belə halda müqavilənin növünü müəyyən etmək üçün müqavilənin məzmununu təhlil etmək tələb olunur. Əgər
müqavilə sifarişçinin tapşırığı əsasında onun özünün materiallarından iş görülməsinə yönələrsə və bunu nə-
Dostları ilə paylaş: |