nəticə (opus) əldə etmək məqsədi ilə bağlanmasından ibarət idi. Xidmət müqaviləsi bu xüsusiyyətdən məh-
rum idi.
Göstərilən bölgü indi də bir çox sivil mülki hüquq sistemlərində saxlanılır. Məsələn, Almaniya Mülki Qa-
nunnaməsinin ikinci kitabının 7-ci fəsli «Podrat və ona oxşar olan müqavilələr» adlanır. Bu fəsil iki yarımhissə-
yə bölünür. Birinci hissə podrat, ikinci hissə xidmət müqaviləsinin bir növü olan turist xidmətlərinin göstəril-
məsi müqaviləsinə həsr edilmişdir.
Fransa Mülki Məcəlləsində bu bölgüyə rast gəlmək olar. Müasir dövrün ən yeni mülki məcəllələrindən biri
sayılan Hollandiya MM-in «Qulluq tabeçiliyi olmayan xidmət göstərilməsi» adlı kitabında xüsusi fəsil ayrılmış-
dır. Buraya tapşırıq, vasitəçilik və kommersiya agentliyi adlı fəsillər daxildir. Bundan başqa, 7a xüsusi bölməsi
«Kommersiya agentliyi haqqında müqavilə» adlanır. Xidmət göstərilməsi üzrə bu cür müqavilələrlə bərabər,
Hollandiya MM-i (7-ci kitab) podrat müqaviləsini də tənzimləyir.
nqilabaqədərki rus sivilistləri arasında G.F.Şerşeneviç podrat və xidmət anlayışlarını bir-birindən fərqlən-
dirməyin ən fəal tərəfdarı hesab olunurdu. Onun fikrincə, podrat dedikdə iş qüvvəsinin tətbiq edilməsinin
Dostları ilə paylaş: |