daşlar, bələdiyyələr və dövlət bu müqavilədə sifarişçi funksiyasını yerinə yetirmək ixtiyarına malikdirlər. Qa-
nun podrat müqaviləsi üzrə sifarişçi rolunda çıxış edən şəxslər barəsində hər hansı xüsusi tələb irəli sürmür. Öz
xüsusi ehtiyac və tələblərini ödəmək istəyən hər hansı bir şəxs bu müqavilənin bağlanmasında sifarişçi qismin-
də iştirak edə bilər.
Dövlət bu müqavilədə sifarişçi rolunda çıxış edə bilər. Dövlət ehtiyaclarını təmin etmək məqsədi ilə o, pod-
rat münasibətlərinə daxil olur. Belə ki, bu və ya digər müəssisə Azərbaycan Respublikasının qanunvericilik akt-
ları ilə müəyyən edilmiş qaydada müqavilə əsasında dövlət ehtiyacları üçün işlər görə bilər.
Dostları ilə paylaş: |