vəzini ödəməyə borcludur (MM-in 759.1-ci maddəsi). Bununla belə, bəzən sifarişçi anjaq yerinə yetirilmiş
işin haqqını ödəyir; o, müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini isə ödəməli deyildir. Belə ki, əgər sifarişçi
tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hə-
rəkətlərlə bağlı olan səbəbə görə xitam verilə bilər. Bu zaman podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb
etmək hüququna malikdir, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (MM-in 759.2-ci maddə-
si). O ki qaldı podratçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna, qeyd etməliyik ki, o, bu hüquq-
dan istifadə edə bilməz. Ona görə ki, sifarişçinin müqaviləni ləğv etməsi podratçının təqsirli əməlləri ilə bağlı-
dır.
Podrat müqaviləsi işlər qurtaranadək podratçının təşəbbüsü ilə xitam verilə bilər. Bunun üçün iki şərtin ol-
ması tələb olunur. Mülki qanunvericilik podrat müqaviləsinə podratçının təşəbbüsü ilə xitam verilməsinin iki
halını fərqləndirir; həmin hallara görə müqavilənin xitam edilməsi eyni yox, müxtəlif hüquqi nəticəyə səbəb
olur. Birinci hal podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən
Dostları ilə paylaş: |