müqaviləyə əsasən brokerə haqq müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı veri-
lir. Anlayışdan görünür ki, broker müqaviləsi öz hüquqi təbiəti və xarakteri ilə konsensual, əvəzli və ikitərəfli
(qarşılıqlı) müqavilədir. Ona görə konsensual müqavilədir ki, broker müqaviləsinin bağlanmış hesab edilməsi
üçün tərəflərin razılığa gəlmələri kifayətdir; razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır, tərəflər üçün
hüquq və vəzifələr əmələ gətirir. Ona görə əvəzlidir ki, broker vasitəçilik xidmətini haqq müqabilində görür.
Müqavilənin ikitərəfli olması onunla bağlıdır ki, tərəflər hüquqlara malik olub, vəzifələr daşıyırlar (məsələn,
tapşırığı icra etmək vəzifəsi; haqq ödəmək vəzifəsi və s.)
Broker müqaviləsi tapşırıq müqaviləsi haqqında normalar ilə qaydaya salınır və tənzimlənir. Bu müqavilə
tapşırıq müqaviləsindən, hər şeydən əvvəl, spesifik subyekt tərkibinə görə, habelə həmin müqavilə əsasında
həyata keçirilən əməliyyatların (brokerlik fəaliyyətinin) xüsusiyyəti ilə fərqlənir. Bununla bərabər, bütün
hallarda broker müqaviləsi əvəzli müqavilə hesab edilir. Qanun xüsusi olaraq göstərir ki, broker sifarişçiyə va-
sitəçilik xidmətlərini haqq müqabilində göstərir. Bundan fərqli olaraq tapşırıq müqaviləsi bəzi hallarda əvəzsiz
xarakterə də malik ola bilər.
Broker müqaviləsi nümayəndəlik münasibəti yaratmır. Belə ki, broker kommersiya vasitəçisi olub, əqdlə-
ri özü bağlamır, yalnız əqdlərin bağlanmasına köməklik göstərir, tərəfdaşlar axtarır, müqavilənin bağlanması
barədə danışıqlar aparır və onun imzalanması üçün hazırlıq işləri görür. O, sifarişçi üçün hüquq və vəzifə yara-
Dostları ilə paylaş: |