(məqsədli) xarakterə malikdir. Söz yox ki, onun hüquq subyektliyi ümumi (universal) xarakter daşıya bilməz.
Bu, onu ifadə edir ki, dövlətin istənilən mülki hüquq münasibətində iştirak etmək qabiliyyəti yoxdur. Məsələn,
dövlət bank əmanəti, pərakəndə alqı-satqı, bank hesabı, sığorta, nəqliyyat-ekspedisiya, ticarət agenti, françay-
zinq və digər hüquq münasibətlərində iştirak etmək qabiliyyətinə malik deyil. Bələdiyyələr də məhdud (məq-
sədli) hüquq subyektliyinə malikdirlər. Deməli, mülki hüquqla rəsmiləşdirilən və tənzimlənən ictimai münasi-
bətlərin bütün iştirakçıları — fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər, bələdiyyələr və Azərbaycan Respubli-
kası (dövlət) mülki hüquq subyektliyinə malikdirlər.
Mülki hüquq subyektliyi mürəkkəb, çoxtərəfli və ümumiləşdirilmiş kateqoriya olub, qeyri-bəsit quruluşa
(struktura) malikdir. O, bir-birilə qarşılıqlı əlaqədə olan dörd elementdən ibarətdir. Bu elementlərə daxildir:
●
mülki hüquq qabiliyyəti;
●
mülki fəaliyyət qabiliyyəti;
●
mülki delikt qabiliyyəti;
●
transfəaliyyət qabiliyyəti.
Subyektin mülki hüquqlara malik olmaq və mülki-hüquqi vəzifələr daşımaq qabiliyyətinə mülki hüquq qa-
Dostları ilə paylaş: |