kimi əhəmiyyət verə bilərlər, zəruri olmazsa, yox. Buna görə də həyati halın hüquqi fakt kimi tanınması həyati
Eyni bir həyati hal dövlətin tanınmasından və münasibətindən asılı olaraq ayrı-ayrı müxtəlif dövrlərdə həm
hüquqi fakt statusu əldə edə bilər, həm də etməyə bilər. Məsələn, Azərbaycan Respublikasının yeni Mülki Mə-
cəlləsi qüvvəyə minənə kimi daşınmaz əmlakın mülkiyyətçisi olmayan şəxsin həmin əmlaka öz əmlakı kimi
vicdanla, açıq və fasiləsiz sahibliyi (həyati hal) hüquqi fakt hesab edilmirdi. Belə ki, dövlət bu cür həyati halı
hüquqi fakt kimi tanımırdı. Yeni MM qüvvəyə minəndən sonra dövlət ona hüquqi əhəmiyyət verdi. Belə ki, ye-
ni MM-in 179-cu maddəsinin 1-ci bəndinə görə, daşınmaz əmlakın mülkiyyətçisi olmayan şəxs, əgər on il ər-
zində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edərdisə, bu əmlaka mülkiyyət hüququ əldə edirdi.
84
Deməli, dövlət göstərilən həyati halı mülki hüquq normasında nəzərdə tutmaqla onu hüquqi fakt kimi tanıyırdı.
Bu hüquqi fakt isə mülkiyyət hüquq münasibətinin əmələ gəlmə əsası kimi çıxış edirdi. Hal-hazırda göstərdiyi-
miz maddə (179.1) MM-dən zıxarılmışdır və buna görə də həmin həyati hal dövlət tərəfindən tanınmır. ndi
dövlət bu halı daşınar əmlaka münasibətdə tanıyır (MM-in 181-ci maddəsinin 4-cü bəndi).
Mülki-hüquqi faktların üçüncü xüsusiyyəti ondan ibarətdir ki, onlar mülki hüquq normaları əsasında müəy-
yən hüquqi nəticəyə səbəb olur. Hüquqi nəticəsi olmayan həyati hallar hüquqi fakt hesab edilmir. Yuxarıda çək-
diyimiz misalda daşıma müqaviləsinin bağlanması kimi hüquqi fakt hansı hüquqi nəticəyə səbəb olur? Bu hü-
quqi fakt nəticəsində daşıma hüquq münasibəti və tərəflərin hüquq və vəzifələri yaranır. ×əkdiyimiz ikinci mi-
salda atanın ölümü ilə vərəsəlik hüquq münasibəti və bununla vərəsələrin hüquq və vəzifələri əmələ gəlir. Hü-
quqi fakt nəticəsində mülki hüquq münasibəti xitam da oluna bilər. Məsələn, müvafiq dövlət orqanının qərarı
ilə (hüquqi fakt) mülkiyyətçidən əmlak cəmiyyətin mənafeyi üçün alınır (MM-in 209-cu maddəsi). Bunun
nəticəsində mülkiyyət hüquq münasibətinə xitam verilir. Hüquqi fakt nəticəsində mülki hüquq münasibətləri
dəyişə də bilər. Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, hüquqi faktların hüquqi nəticəsi mülki hüquq mü-
nasibətlərinin yaranmasından, dəyişməsindən və ya xitam olunmasından ibarətdir.
Dostları ilə paylaş: