nəticənin yaranması üçün kifayət edən və lazım olan hüquqi faktların məcmusu başa düşülür.
Mülki hüquq münasibətlərinin əsası kimi hüquqi faktların dairəsi kifayət qədər müxtəlifdir. Mülki qanunve-
ricilik onların siyahısını verir (MM-in 14-cü maddəsi). Özü də dərhal qeyd etməliyik ki, bu, dəqiq, qəti xarak-
terli siyahı yox, təxmini siyahıdır. Ona görə ki, mülki hüquq münasibətləri mülki qanunvericilikdə nəzərdə tu-
tulmayan hüquqi faktlardan da əmələ gələ, dəyişə və ya xitam oluna bilər (MM-in 14-cü maddəsinin 1-ci bən-
di). Belə təsəvvür yaranır ki, mülki qanunvericilik özündə birbaşa nəzərdə tutulmayan hüquqi faktlardan mülki
hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitam olunmasına yol verir (icazə verir). Amma yara-
nan hüquqi nəticə mülki hüququn prinsiplərinə zidd olmamalıdır. Söhbət hüququn analogiya özrə tətbiqindən
gedir. Deməli, mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmayan hüquqi faktlardan hüquqi nəticə ya-
Dostları ilə paylaş: |