Himayəçilik dedikdə, tam mülki fəaliyyət qabiliyyətli himayəçinin həyata keçirdiyi elə bir hüquqi akt başa
düşülür ki, bunun nəticəsində məhdud və nisbi (natamam) fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və məna-
felərinin müdafiəsi təmin edilir. Himayəçilik o şəxslər özərində təyin edilir ki, onların mülki fəaliyyət qabiliy-
yəti öz həcminə görə ya nisbidir, ya da məhduddur:
●
on dörd yaşından on səkkiz yaşınadək nisbi fəaliyyət qabiliyyəti olan şəxslər özərində;
●
spirtli içkilərdən və ya narkotik maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində
məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli sayılan şəxslər özərində.
Göstərilən bu kateqoriya şəxslər himayəçilik altında olan şəxslər adlanır. Himayəçilər özlərinin himayəçili-
yi altında olan şəxslərin adından və onların əvəzinə əqd bağlamır və digər hər hansı hüquqi hərəkət etmirlər.
Ə
qdləri həmin şəxslərin özləri bağlayırlar. Himayəçi yalnız onların bağlanmasına razılıq verir. O əqdlərin
ki, bunları himayəçilik altında olan şəxslərin müstəqil surətdə bağlamaüa ixtiyarı çatmır. Razılıq verməklə hi-
mayəçilər bu şəxslərin hərəkətləri özərində nəzarəti həyata keçirirlər.
Himayəçi özünün himayəçiliyində olan fiziki şəxsi mülki hüquq münasibətlərində əvəz etmir. O, yalnız hə-
min şəxslərə öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir. Bu, həm hüquqi
kömək, həm də faktiki kömək formasında ola bilər. Dediklərimiz onu göstərir ki, himayəçilər özlərinin hima-
Dostları ilə paylaş: |