luüa (himayəçiliyə) ehtiyacı olan və buna görə də özərində qəyyumluq (himayəçilik) təyin olunacaq şəxs-
lərlə normal münasibətdə olmalıdırlar. Bir qayda olaraq, qəyyumluüa (himayəçiliyə) ehtiyacı olan şəxslərə
yaxın, xüsusən də qohum olan vətəndaşlar qəyyum (himayəçi) təyin edilirlər. Mənafeləri ziddiyyət təşkil edən,
qeyri-normal ünsiyyətdə olan şəxslər qəyyum (himayəçi) təyin oluna bilməzlər. Qəyyumluq (himayəçilik) mü-
ə
yyənləşdirilərkən müvcud münasibət və əlaqələr, qarşılıqlı anlaşma mühüm rol oynayır.
Qəyyum (himayəçi) təyin etmək üçün qohum şəxslər olmadıqda, onda onu qəyyumluq və himayəçilik
orqanının özü seçir. Özü də qəyyumluq (himayəçilik) müəyyən edilərkən və konkret şəxs qəyyum (himayəçi)
təyin olunarkən qəyyumluüa (himayəçiliyə) ehtiyacı olan şəxsin özünün razılıq verməsi, adətən, tələb olunmur.
Ə
gər saülamlıq vəziyyəti və yaşı bu şəxsin razılıq verməsinə imkan verərsə, onda həmin şəxsin arzusu və istəyi
nəzərə alınır (MM-in 35-ci maddəsinin 3-cü bəndi). Amma bu, qəyyum (himayəçi) təyin edilməsinin məcburi
və zəruri şərti deyildir.
Qəyyumluüa və ya himayəçiliyə ehtiyacı olan şəxslər (yetkinlik yaşına çatmayan uşaqlar, aüıl zəifliyi və ya
ruhi-psixi xəstəlik nəticəsində məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli sayılanlar) tərbiyə edilmək,
müalicə olunmaq üçün tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə yerləşdirilə
bilərlər. Söhbət uşaq evlərindən, psixiatriya (psixonevroloæi) müəssisələrindən, əlillər evindən, qocalar evindən
və s. gedir. Bu cür hallarda həmin kateqoriya şəxslərə qəyyum (himayəçi) təyin olunmur. Ona görə ki, mülki
qanunvericilik qəyyumluq (himayəçilik) vəzifələrini həmin müəssisələrin özərinə qoyur (MM-in 35-ci maddəsi-
nin 4-cü bəndi). Xüsusi təyinat olmadan göstərilən müəssisələrin müdiriyyəti (direktor, baş həkim və s.) qəy-
yum (himayəçi) vəzifəsini icra edir.
Bir qayda olaraq, çox vaxt eyni bir şəxs yalnız müəyyən bir şəxsin özərində qəyyum (himayəçi) təyin edilir.
Bununla belə, eyni bir şəxs iki və daha artıq şəxsin qəyyumu (himayəçisi) kimi çıxış edə bilər. Məsələn, avto-
mobil qəzası nəticəsində hər iki valideyn (ər-arvad) ölür. Onların saü qalmış iki uşaüına qohumlardan biri qəy-
yum təyin edilir. Amma bundan fərqli olaraq müəyyən bir nəfər şəxs özərində yalnız bir nəfər şəxs qəyyum (hi-
mayəçi) təyin edilə bilər. Belə ki, hər hansı bir uşaüa iki şəxs qəyyum təyin edilə bilməz.
Dostları ilə paylaş: |