Kommersiya təşkilatları ümumi (universal) hüquq qabiliyyətinə malikdir. Yeni mülki qanunvericilik bu
cür təşkilatlara ümumi hüquq qabiliyyəti vermişdir (MM-in 44-cü maddəsinin 2-ci bəndi). Bu qayda bazar müna-
sibətləri əsasında təşkil edilən təsərrüfat şəraitinə uyüundur. Daha doürusu, həmin qayda bazar münasibətlərinin
inkişaf tələbatını təmin etmək zərurəti ilə bağlıdır.
Kommersiya təşkilatları sahibkarlıq (bazar) fəaliyyətinin ən fəal subyekti, kommersiya dövriyyəsinin profes-
sional iştirakçısıdır. Sahibkarlıq fəaliyyəti və dövriyyəsi bazar iqtisadiyyatının mövcudluüunun və inkişafının
başlıca hərəkətverici qüvvəsi olub, onun daimi bir prosesidir. O, bazar subyekti olan kommersiya təşkilatlarının
qanunla qadaüan edilməyən istənilən sahibkarlıq fəaliyyəti növü ilə məşüul olmasını tələb edir. Əks təqdirdə
ictimai tələbat təmin oluna bilməz. Sahibkarlıq fəaliyyətini həyata keçirmək isə kommersiya təşkilatlarının
məhdud (məqsədli, xüsusi) yox, ümumi hüquq qabiliyyətinə malik olmalarını tələb edir. Məqsədli (məhdud, xü-
susi) hüquq qabiliyyəti, məlum məsələdir ki, sahibkarlıq dövriyyəsinin inkişafına, kommersiya təşkilatlarının
fəaliyyətinə mənfi təsir göstərə bilər. Ümumi hüquq qabiliyyəti isə kommersiya təşkilatlarına sahibkarlıq döv-
riyyəsində çıxış etmək üçün geniş hüquqi imkanlar verir. Bu isə bazar münasibətlərinin inkişafına müsbət mə-
nada təsir göstərir, onun janlanmasına rəvac verir. Yeni Mülki Məcəllə bazar təsərrüfat sisteminin tələbatını nə-
zərə alaraq, mülki qanunvericiliyin ümumi müasir inkişaf tendensiyasına əməl etməklə kommersiya təşkilatları-
na ümumi mülki hüquq qabiliyyəti vermişdir.
Dostları ilə paylaş: |