Təkbaşına orqan odur ki, o, təkcə bir vəzifəli şəxsdən ibarətdir. Məsələn, müəssisənin direktoru, özəl uni-
versitetin rektoru, firmanın prezidenti, idarənin müdiri, tikinti təşkilatının rəisi və s. bu cür orqana misal ola bilər.
Hüquqi şəxsin təkbaşına orqanı hüquqi şəxs adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün
münasibətlərdə təmsil edir, hüquqi şəxsin əmlakı barəsində sərəncam verir, banklarda hesablaşma hesabı və digər
hesablar açır və s.
Kollegial orqan (latınca collegium — ümumilik, əməkdaşlıq) odur ki, o, bir neçə səlahiyyətli vəzifəli şəxs-
dən ibarət olub, hüquqi şəxsin işlərinə rəhbərliyi həyata keçirir. Məsələn, bankın idarə heyəti, səhmdar
cəmiyyətinin ümumi yıüıncaüı, müəssisənin müşahidə şurası və s. bu cür orqana misal ola bilər. Bu orqanlar
kollegial surətdə hüquqi şəxsin idarə edilməsini həyata keçirirlər.
|