Hüquqi şəxslərə xitam verilməsi dedikdə, onların həyata keçirdikləri fəaliyyətin xitam edilməsi başa
düşülür. Onların fəaliyyətinə müxtəlif əsaslara — hüquqi faktlara görə xitam verilir. Bu əsaslar (hüquqi fakt-
lar) iki cür olur: məcburi (sərənjam) əsaslar; künüllü əsaslar.
Məcburi (sərənjam) əsasa misal olaraq məhkəmə qərarını göstərmək olar: hüquqi şəxsin müflis hesab edil-
məsi barədə məhkəmə qərarı (MM-in 63-cü maddəsinin 1-ci bəndi); pozuntu ilə əlaqədar hüquqi şəxsin dövlət
qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması barədə qərar (MM-in 59-cu maddəsinin 2-ci bəndinin 2-
ci yarımbəndi); qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin yenidən təşkili barəsində məhkəmə qərarı
(MM- in 55-ci maddəsinin 2-ci və 3-cü bəndləri).
Dostları ilə paylaş: |