ditorlarla hesablaşma aparmaqdan ibarətdir.
kinci mərhələ məhz ləğv edilən hüquqi şəxsin kənar (üçüncü) şəxslərlə malik olduğu hüquqi əlaqə və mü-
nasibətlərin, ödəməli olduğu borcların (passivlərin) müəyyən edilməsinə yünəldilmişdir. Ləğvetmə zamanı va-
cibdir ki, hüquqi şəxsin iştirak etdiyi əmlak münasibətləri başa çatdırılsın. Bu mərhələdə ləğvetmə komissiyası
mətbuat orqanlarında hüquqi şəxsin ləğv edilməsi haqqında məlumat dərj etdirir. Sühbət hüquqi şəxsin
dövlət qeydiyyatı barədə məlumatın dərj edildiyi mətbuat orqanlarından gedir. Dərj edilmiş məlumatda kredi-
torların tələblərini bildirməsi qaydası və müddəti göstərilir. Özü də kreditorlar öz tələblərini yalnız iki ay müd-
dətində irəli sürə bilərlər. ki ay müddəti ləğvetmə haqqında məlumatın mətbuatda dərj edildiyi gündən hesabla-
nır və başlayır. Deməli, qanun kreditorların öz tələblərini verməsi özün iki ay müddəti nəzərdə tutur və müəy-
yənləşdirir.
Bununla bərabər, ləğvetmə komissiyası debitor borcunu aşkar edir. O, debitor borcunu almaq özün lazımi
tədbirlər görür, zəruri olduqda isə borcun alınması barədə məhkəməyə iddia verir. Bundan əlavə, ləğvetmə ko-
missiyası hüquqi şəxsin ləğvi haqqında kreditorlara bildiriş gündərir.
Dostları ilə paylaş: |