4. Tam ortaqlıq
Tam ortaqlıq təsərrüfat ortaqlıqlarının əsas və başlıca formasıdır (növüdür). Bu konstruksiyanı ölkəmizin
1964-cü il MM-i (o cümlədən RSFSR-in və digər sovet respublikalarının 1964-1965-ci il məcəllələri) tanımır
və tənzimləmirdi. Bundan fərqli olaraq, RSFSR-in 1922-ci il MM-i, Azərbaycan SSR-in 1923-cü il MM-i tam
ortaqlıüın hüquqi vəziyyətini geniş təfsilatı ilə nizama salırdı. Həmin məcəllələrin 298-ci maddəsi onu hüquqi
şə
xs hesab edirdi.
90-cı illərdən başlayaraq RF-in qanunvericiliyində ölkədə həyata keçirilən iqtisadi islahatlara uyüun olaraq
tam ortaqlıq konstruksiyası nəzərdə tutulmaüa başladı. Belə ki, RSFSR-in «Müəssisələr və sahibkarlıq fəaliyyə-
ti haqqında» 25 dekabr 1990-cı il tarixli qanununda tam ortaqlıüın leqal anlayışı formulə edilir, onun hüquqi və-
ziyyəti müəyyənləşdirilirdi. Bu qanuna görə, tam ortaqlıq hüquqi şəxs sayılmırdı. Bunun ardınca ölkəmizin
«Müəssisələr haqqında» 1 iyul 1994-cü il tarixli qanununun 8-ci maddəsində tam ortaqlıüın yaradılması, idarə
edilməsi və fəaliyyət prinsipləri müəyyənləşdirilirdi. Burada tam ortaqlıq müstəqil təsərrüfat subyekti olan mü-
ə
ssisələrin təşkilati-hüquqi formalarından biri hesab olunurdu. Qanun onu həm də şərikli müəssisə anlayışı ilə
ə
hatə edirdi.
Yeni Mülki Məcəllə ölkəmizdə aparılan iqtisadi islahatları, kommersiya (sahibkarlıq) dövriyyəsinin inkişafı-
nı nəzərə alaraq, tam ortaqlıq hüquqi konstruksiyasını, xarici ölkələrin (Almaniyanın, Fransanın, Ispaniyanın,
Polşanın, RF-in) qanunvericilik ənənələrinə uyüun olaraq nəzərdə tutur. Bu konstruksiyanın parametrləri bütün
detalları ilə MM-in 69-81-ci maddələri ilə geniş surətdə tənzim olunur.
MM-in 69-cu maddəsinin 1-ci bəndi tam ortaqlıüın leqal anlayışını verir. Bu anlayışda onun əsas cəhət və
xüsusiyyətləri ifadə olunur.
Dostları ilə paylaş: |