Microsoft Word mulki huquq doc


feləri qorumaq haqqında qaydadır



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə659/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   655   656   657   658   659   660   661   662   ...   1820
feləri qorumaq haqqında qaydadır. Bu qaydaya görə, cəmiyyət öz nizamnamə kapitalını bütün kreditorları 

xəbərdar etməklə azalda bilər (MM-in 90-cı maddəsinin 8-ci bəndi). Belə ki, cəmiyyət ümumi yıüıncaqda, ciddi 

ə

saslar  olduqda,  öz  nizamnamə  kapitalının  azaldılması  barədə  qərar  qəbul  edir.  Qərarın  qəbul  olunmasından 



sonra nizamnamədə və ya həmin qərarda müəyyən olunmuş müddətdə kreditorlara bu barədə  yazılı məlumat 

göndərilir. Cəmiyyət başqa yoldan da istifadə edə bilər. Belə ki, onun ixtiyarı var ki, həmin məsələ barəsində 

mətbuatda müvafiq elan versin.  

Məlumatın  alınması  və ya  elanın  dərc  edilməsi günündən  etibarən  bir  ay  müddətində  kreditorlar  mümkün 

olan iki alternativ variantdan birini seçə bilərlər. Birinci varianta görə, onlar cəmiyyət tərəfindən əlavə təminat 

verilməsini tələb edirlər.  kinci varianta görə isə kreditorların ixtiyarı var ki, cəmiyyətin müvafiq öhdəliklərinin 

vaxtından əvvəl icrasını və ya xitamını (kreditin qaytarılmasını, nisyə alınan əmlakın pulunun ödənilməsini və 

s.) tələb etsin. Şübhəsiz ki, öhdəliklərin vaxtından əvvəl icrası və ya xitamı kreditorlara müvafiq əmlak zərəri 

vurur. Məsələn, kreditin vaxtından əvvəl qaytarılması ilə müvafiq gəlir (faiz) bankın (kreditorun) əlindən çıxır, 

ondan məhrum olur və bununla əldən çıxmış fayda formasında o zərərə düşür. Belə hallarda kreditorlar düşdük-

ləri zərərin əvəzinin ödənilməsini də tələb edir. 

Göstərilən qayda kreditorların mənafeyinin təmin edilməsi və qorunması məqsədinə xidmət edir. Axı nizam-

namə kapitalının artırılmasından fərqli olaraq, onun azaldılması cəmiyyətin kreditorlarının mənafeyinə toxunur 

və kreditorları qarşısında cəmiyyətin öz ühdəliklərini yerinə yetirmək imkanını azaldır. 

Nizamnamə  kapitalının  azaldılması  onun  artırılması  kimi  cəmiyyətin  nizamnaməsinin  dəyişdirilməsinə  sə-

bəb olur. Odur ki, cəmiyyətin nizamnamə kapitalının azaldılması da cəmiyyətin ümumi yığınjağının qərarı əsa-

sında həyata keçirilir. Özü də nizamnamə kapitalının azaldılması məsələsi bütün iştirakzıların mayalarının no-

minal dəyərinin azaldılması yolu ilə həll edilir (MM-in 90-jı maddəsinin 8-ci bəndi). 

Nizamnamə kapitalına maya qoymaq vəzifəsini iştirakçılar yerinə yetirməyə borcludurlar. Onu bu cür vəzifə 

daşımaqdan azad etmək olmaz. Bundan əlavə, mülki qanunvericilik mayaların cəmiyyətə qarşı tələblərin əvəz-

ləşdirilməsi yolu ilə, yəni hesabların (tələblərin) çürüdülməsi yolu ilə qoyulmasını qadaüan edir (MM-in 90-cı 

maddəsinin  3-cü  bəndi).  Məsələn,  cəmiyyətin  hər  hansı  şəxsə  on  min  manat  borcu  vardır.  Beləliklə,  şəxsin 

cəmiyyətə on min manatın verilməsinini tələb etmək hüququ (tələbi) yaranır. Həmin şəxs cəmiyyətə qarşı olan 

pul tələbini əvəzləşdirməklə maya qoya bilməz.  

Iştirakçıların daşıdıqları vəzifələrdən biri məhdud məsuliyyətli cəmiyyətin firma adını dəqiq göstərməsin-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   655   656   657   658   659   660   661   662   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin