Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə664/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   660   661   662   663   664   665   666   667   ...   1820
cəmiyyətinə  çevrilə  bilər.  Deməli,  çevrilmə  yolu  ilə  məhdud  məsuliyyətli  cəmiyyətin  digər  təşkilati-hüquqi 

forması olan hüquqi şəxsə (kooperativə, ortaqlıüa) çevrilməsi mümkün deyil (şübhəsiz ki, məsuliyyət məsələsi-

nə və subyekt tərkibinə görə). Belə çıxır ki, qovuşma, birləşmə və ya ayrılma kimi digər yollarla cəmiyyət yeni-

dən təşkil olunarkən başqa təşkilati-hüquqi forması olan hüquqi şəxslər yaradıla bilər.  

Iştirakçıların malik olduqları hüquqlardan biri onların nizamnamə kapitalındakı paylarını gözəşt etmək-

dən (verməkdən) ibarətdir (MM-in 93-cü maddəsi). Özü də müstəqil surətdə və digər iştirakçıların razılıüını 

almadan, nizamnamə əsasında məhdudlaşdırılmadan bu mümkündür. Gözəşt etmənin (vermənin) predmeti həm 

payın hamısı, həm də onun yalnız bir hissəsi ola bilər.  

Payın verilməsi (gözəşt edilməsi) iştirakçıların iradəsi əsasında onun özgəninkiləşdirilməsini ifadə edir. Öz-

gəninkiləşdirmə  payın  başqa  şəxslərə  keçməsinin  üsullarından  biridir.  Dəyişmə,  alqı-satqı  və  bağışlama  kimi 

müqavilələr onun əsas hüquqi vasitələri hesab olunur.  

Pay (və ya onun bir hissəsi), bir qayda olaraq, həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına özgəninkiləş-

dirilir.  Iştirakçı  öz  payını  (onun  bir  hissəsini)  üçüncü  şəxslərə  (həmin  cəmiyyətin  iştirakçısı  olmayan  kənar 

şə

xslərə) də verə (gözəşt edə) bilər. Bunun üçün vacibdir ki, cəmiyyətin nizamnaməsində payın üçüncü şəxslərə 



özgəninkiləşdirilməsi qadaüan olunmasın (MM-in 93-cü maddəsinin 2-ci bəndi). Bağışlama və ya dəyişmə müqa-

viləsi əsasında isə o, payı (onun bir hissəsini) sərbəst olaraq üçüncü şəxslərə özgəninkiləşdirə bilər. 

Cəmiyyətin iştirakçısı satmaq yolu ilə öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə, hər şey-

dən əvvəl, bu barədə iştirakçıları xəbərdar edir, onlara məlumat verir. Axı, mülki qanunvericilik cəmiyyətin di-

gər iştirakçılarına həmin iştirakçının payını (onun bir hissəsini) satın almaqda (bağışlama, dəyişmə hallarında 

yox) üstünlük hüququ vermişdir (MM-in 93-cü maddəsinin 3-cü bəndi). Satın almaqda üstünlük hüququndan is-

tifadə edilməsi zamanı iştirakçıların paylarının miqdarı (həcmi) əsas və həlledici əlamət kimi götürülür. Belə ki, 

onlar üstünlük hüququnu özlərinin paylarının miqdarına (həcminə) mütənasib surətdə həyata keçirirlər: kimin pa-

yının miqdarı (həcmi) zoxdursa, payı da birinci olaraq o, satın ala bilər. Nizamnamədə və ya iştirakçıların sazişin-

də həmin hüququn həyata keçirilməsinin başqa qaydası da nəzərdə tutula bilər.  

Iştirakçılar öz üstünlük hüququndan bu barədə məlumat aldıqları gündən bir ay ərzində (nizamnamədə və ya 

iştirakçıların sazişində başqa müddət də nəzərdə tutula bilər) istifadə edə bilərlər. Əgər onlar bu hüquqdan hə-

min müddət ərzində istifadə etməsələr, onda pay (onun bir hissəsi) üçüncü şəxslərə satılır.  

Elə hallar  yaranır ki, cəmiyyətin digər iştirakçıları payı (onun bir hissəsini) satın almaqdan imtina edirlər. 

Digər tərəfdən, payın (onun bir hissəsi) üçüncü şəxslərə satılması da mümkün olmur. ×ünki cəmiyyətin nizam-

naməsində  payın  (onun  bir  hissəsinin)  bu  kateqoriya  şəxslərə  satılması  qadaüan  olunmuşdur.  Belə  halda 

cəmiyyət  özü  həmin  iştirakçının  payını  əldə  edir.  Söhbət,  hər  şeydən  əvvəl,  payın  həqiqi  dəyəri  ödənilməklə 

onun satın alınmasından gedir. Özü də payı əldə etmək cəmiyyətin hüququ yox, onun vəzifəsidir, borcudur.  

Bundan sonra cəmiyyətin borcudur ki, əldə etdiyi payı (onun bir hissəsini) başqa iştirakçılara və ya üçüncü 

şə

xslərə satsın (MM-in 93-cü maddəsinin 5-ci bəndi). Bunun qaydası və müddəti nizamnamədə göstərilir.  




 

207


Gözəşt etmə (vermə), iradə əsasında özgəninkiləşdirmə payın (onun bir hissəsinin) başqa şəxslərə keçməsi-

nin yeganə vasitəsi və üsulu deyildir. Belə ki, pay (onun bir hissəsi) iştirakçının iradəsindən asılı olmayan halla-

ra görə də başqa şəxslərə keçə bilər. Məsələn, iştirakçı fiziki şəxsin ölümü, cəmiyyətdə iştirak edən hüquqi şəx-

sin yenidən təşkil olunması və ya ləğvi bu cür hallara misal ola bilər.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   660   661   662   663   664   665   666   667   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin